🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
7 abunə
Son Xeberler
Son Xeberler
6 abunə
Anar Türkeş
Anar Türkeş
5 abunə
Fly.az
Fly.az
4 abunə

“Dağıntılar altından bir uşaq əli ayağımdan tutdu, qızım idi”

05.10.2020 06:39 517 baxış sayı 3 dəq. oxuma
“Dağıntılar altından bir uşaq əli ayağımdan tutdu, qızım idi”

Türkiyənin Anadolu Agentliyi (AA) Azərbaycanın cəbhə bölgəsindən daha bir reportaj hazırlayıb.

“Qafqazinfo” xəbər verir ki, agentlik Ermənistan ordusunun mülki vətəndaşlara hücum etdiyini, xeyli sayda yaralıların olduğunu qeyd edib. Bildirilib ki, Beyləqan şəhəri və ətraf kəndlər hədəf seçilib və raket atəşinə məruz qalıb.

Ötən gün hücum nəticəsində Beyləqan şəhər sakini Mayis Məmmədovun evi tamamilə uçub, xanımı, qızı və evində qonaq olan iki uşaq olmaqla ümumilikdə 5 nəfər dağıntılar altında qalıb.

AA müxbirinə danışan Məmmədov ailəsinin möcüzəvi şəkildə sağ qaldığını söyləyib. Qonşusu ilə birlikdə şiddətli partlayış səsi eşitdiklərini, tez evə qayıdaraq kədərli mənzərə ilə qarşılaşdıqlarını bildirib:

“Bir uşaq əli ayağımdan tutdu. Dağıntılar altında qalmışdı, tək əli görünürdü. Qızım olduğunu başa düşdüm. Həmin an əllərimlə qazmağa başladım. Sıra-sıra hamısını dağıntılar altından çıxardıq. Xanımımı, qızımı, 3 qonağı xilas etdik. Bizi bununla qorxutmayacaqlar. Vətən sağ olsun. Ermənistanın etdiyi namərdlikdir. Belə 100 ev şəhidimizə, əsgərimizə fəda olsun”.

 



Paylaş: