🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Daha 74 obyektdə pozuntular aşkarlandı - FOTO

12.07.2020 14:28 435 baxış sayı 6 dəq. oxuma
Daha 74 obyektdə pozuntular aşkarlandı -

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

Metbuat.az xəbər verir ki, AQTA əməkdaşları tərəfindən 11 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 49 ictimai iaşə obyekti, 161 ərzaq satışı mağazası olmaqla ümumilikdə 210 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 74-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

◾ Bakı şəhəri üzrə:
“Seymur”, “№ 1”, “Əli”, “Grandmart”, “Elşən”, “24 saat”, “Bakı market”, “FA”, “Vedi”, “Vaqifoğlu”, “Elit”, “Sirab”, “Original” marketlər, Nəzərov Şirinbəy Ramazan oğluna, Şükürov Azər Duman oğluna və Məmmədov Elnur Mayıl oğluna məxsus ərzaq mağazaları

Digər şəhər və rayonlar üzrə:
◾ Quba rayonunda “Bizim” kafe, “Qədim Quba”, “Çənlibel” və “Panorama” restoranları
◾ Qusar rayonunda “Karvan” kafe
◾ İsmayıllı rayonunda Nağıyev Mübariz Adil oğluna, Nağıyev Raiz Əhməd oğluna məxsus restoranlar, “Xəyal”, “Günəş park” restoranları, “Dost qapısı”, “Qoşa samovar”, “Halal”, “Mican”, “TV” kafelər
◾ Sabirabad rayonunda Şıxəliyev İftixar Maqsud oğluna məxsus kafe, “Ümüd” kafe
◾ Şirvan şəhərində Rzayev Fərid Faiq oğluna məxsus kafe və Zeynalov İlqar Əliqulu oğluna məxsus ərzaq mağazası
◾ Salyan rayonunda Ağayev Tərlan Əhmədağa oğluna və Qafarov Mirqəfər Seyidəhməd oğluna məxsus kafelər, Həsənzadə Vaqif Hikmət oğluna, Sadıqov Raqli Malik oğluna və Baxışov Rəşid Vaqif oğluna məxsus ərzaq mağazaları
◾ Masallı rayonunda Novruzov İlqar Vasif oğluna, Vəlizadə Fariz Şakir oğluna, İbadova Gülzar Qəribəli qızına, Babayev Cavid Canalı oğluna, Əşrəfzadə Fərrux Əşrəf oğluna məxsus ərzaq mağazaları
◾ Gəncə şəhərində Məhərrəmov Məhərrəm Arzuman oğluna, Qurbanov Sərxan Elman oğluna, Rayeva Gülarə Ziyəddin qızına məxsus ərzaq mağazaları, “Cavid”, “24 saat”, “Bizim”, “Universam”, “Flaqman”, “Aysberq” marketlər
◾ Tərtər rayonunda Musalı Rauf Azər oğluna, Mehdizadə Elvin Elgiz oğluna və Əliyev Sərxan Altay oğluna məxsus dönərxanalar, Fərzəliyev Elçin Xanlar oğluna və Abışov Anar Xaliq oğluna məxsus ərzaq mağazaları
◾ Şəmkir rayonunda “Balıq evi”, “Məkan” kafeləri, “Ruzi”, “Şəmkir” və “Ballı” ərzaq mağazaları
◾ Tovuz rayonunda Abbasov Dilqəm Məhəmməd oğluna, Qəhrəmanov Elnur Vidadi oğluna, Abdullayev Arif Tofiq oğluna, Məmmədov Xaliq Arif oğluna məxsus ət satışı mağazaları
◾ Zərdab rayonunda İsrafilov Ülvi Şahin oğluna, Məmmədova Şəhla Eyvaz qızına, Məmmədov Elvin Hafis oğluna məxsus ərzaq mağazaları, “Oba”, “Üfüq”, “Ayan” və “Final” marketlər

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.


Etiketlər

Paylaş: