Daha bir deputatı koronavirusa yoluxdu - FOTO
Milli Məclisin deputatları arasında da koronavirusa yoluxanlar var.
Milli Məclisin Səhiyyə komitəsinin sədrinin müavini Rəşad Mahmudov koronavirusa yoluxub.
O, bu günə qədər koronavirusa yoluxan xəstələrin müalicə prosesində yaxından iştirak edirdi.
Deputat məlumatı Oxu.Az-a təsdiq edib. O bildirib ki, koronavirus testinin nəticəsi müsbət çıxıb:
“Bəli, koronavirusa yoluxmuşam. Vəziyyətim o qədər də pis deyil. Ev şəraitində karantində müalicəm davam edir. Əminəm ki, bu sınaqdan da üzüağ çıxacağam. Hər kəs özünü qorusun. Hər birinizə sağlam və təhlükəsiz həyat arzu edirəm”.
Xatırladaq ki, son günlər mediada Milli Məclisin 10-a yaxın deputatının koronavirusa yoluxduğu barədə məlumatlar yayılıb.
Etiketlər
Oxşar xəbərlər
Azərbaycanda eks-deputat koronavirusa yoluxdu
Son Xeberler
Gürcüstanda deputat koronavirusa yoluxdu
Son Xeberler
Azərbaycanda deputatın rəis oğlu koronavirusa yolu...
Son Xeberler
Ermənistanda daha 175 nəfər koronavirusa yoluxdu
Son Xeberler
Azərbaycanda daha bir nazirliyin əməkdaşları koron...
Son Xeberler
Makron koronavirusa yoluxdu
Son Xeberler