
Son Xeberler
9 abunə
Daha iki məktəbin istilik sistemlərində problem yarandı - Təhsil Nazirliyindən açıqlama
17.02.2021 15:54
531 baxış sayı
3 dəq. oxuma

Paytaxtın daha iki ümumitəhsil müəssisəsində istilik sistemlərində problem yaşanıb.
Bu barədə "oxu.az”ın redaksiyasına göndərilən məlumatda qeyd olunub.
Valideynlərin sözlərinə görə, Bakıda 271 nömrəli orta məktəbdə və Nərimanov rayonu 200 saylı məktəb lisey kompleksində də istilik sistemləri işləmir. Sinif otaqları soyuq olduğundan şagirdlər dərslərdə iştirak edərkən çətinlik çəkirlər.
Məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtdakı 271 nömrəli tam orta məktəbin ibtidai korpusunda istilik xətlərində problem yaranıb:
"Yaranmış problem nəticəsində su sızması qeydə alınıb. Bu səbəbdən istilik təminatı zəif olub. Hazırda məktəbdə təmir işləri aparılır və qısa müddətdə problemin aradan qaldırılması nəzərdə tutulur.
Eyni zamanda Nərimanov rayonu 200 saylı məktəb lisey kompleksinin istilik təminatının vəziyyəti araşdırılıb. Məlum olub ki, istilik sistemində heç bir problem yoxdur. Məktəb istiliklə normal qaydada təmin olunur”.
Məlumatda təhsil müəssisələrinin istilik sistemlərində qarşıya çıxan cari problemlərin aradan qaldırılmasının daim diqqət mərkəzində saxlanıldığı da qeyd olunub:
"Mövsüm ərzində yaranan hər hansı problem operativ həll olunur”.
O
Regional siyasət müxbiri
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Əhaliyə şad xəbər
Xəbər Anı
206
15/11 11:17

"BakıKart"da problem - Ödənişlər köçmədi, növbələr...
Bugun.az
99
09/05 05:25

"Facebook"un işində problem yarandı
Son Xeberler
540
10/12 15:39

Bakıda İstilik Nə Vaxt Veriləcək?
Bugun.az
327
10/10 11:25
Samsung Monoblok İstilik Nasosu: Yüksək Enerji Eff...
Texnologiya xəbərləri
33
28/10 08:20

Oksananın səhhətində problem yarandı
Şou Xəbər
610
18/06 08:41


