Daha iki şəhid övladının xərcləri qarşılandı
Daha iki şəhidimizin yeni doğulan övladlarının, şəhidimiz Elşad Məmmədovun övladı Elşadın, şəhidimiz Emin Ağazadənin övladı Emiliyanın zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.
Bu barədə “ASAN xidmət” məlumat yayıb.
Bildirilib ki, bu məqsədlə 1000 AZN analara təqdim olunub və dünyaya yeni göz açan körpələrin adına 5000 AZN-lik hesab açılacaq.
Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.
Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən, bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin, ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.
Oxşar xəbərlər
Unibank şəhid Şahinin ailəsini himayəyə götürdü
Son Xeberler
Şəhid gizirimizin Narın yadigarı -
Son Xeberler
DİN-dən şəhid ailəsinə kobud davranan polislə bağl...
Son Xeberler
Ermənistan müdafiə xərclərini artırdı
Xəbər Anı
“Qarabağ Futbol Klubu”nun gəlirləri 40% artıb
İdman Xəbər
Dövlət Sosial Müdafiə Fondunun xərcləri artıb
Bugun.az