Dənizdə batanlardan biri tanınmış şairin oğludur

01.08.2020 09:56 642 baxış sayı 2 dəq. oxuma
Dənizdə batanlardan biri tanınmış şairin oğludur

Xəbər verdiyimiz kimi, dünən Sumqayıtda dənizdə (nəzarətsiz ərazidə) 2 nəfərin batması barədə məlumat yayılıb.  Fövqəladə Hallar Nazirliyi bu gün boğulan şəxslərdən birinin, 2005-ci il təvəllüdlü Məmmədov Babalar Famil oğlunun meyitini taparaq aidiyyəti üzrə təhvil verib. Dənizdə batan digər gənc, 2005-ci il təvəllüdlü Vəliyev Pərvizin axtarışları isə davam etdirilir. 

15 yaşlı Pərviz tanınmış şair Şaiq Vəlinin oğludur. 

Bu barədə yazıçı Şərif Ağayar sosial şəbəkədə məlumat verib:

“Olmur, alınmır. Çox ağırdır. Şaiq Vəlinin sarışın saçlı, ən çox sevdiyi oğlu dənizdə batdı”. 

Qeyd edək ki, şair 2013-cü ildə uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. 

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: