
DİM bu şəxslər üçün xüsusi otaqlar ayıracaq

“İnternetə çıxışı olmayan və dövlət qulluğu ilə bağlı onlayn müsahibə mərhələsində iştirak edəcək namizədlər üçün Dövlət İmtahan Mərkəzində xüsusi otaq ayrılması nəzərdə tutulur. Müsahibələrin onlayn qaydada keçirilməsi ilə bağlı artıq proqram təminatı da hazırlanıb”.
Bunu Mərkəzin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov “Yeni TV”yə müsahibəsində deyib.
O xatırladıb ki, dövlət qulluğuna qəbul üçün bütün imtahanların sosial məsafənin gözlənilməsi, sanitar-gigiyenik tələblərə əməl edilməsi şərtilə kompüter vasitəsilə keçirilməsi nəzərdə tutulur: “Dövlət qulluğuna qəbul test və müsahibədən ibarət olmaqla, iki mərhələdə keçirilir. Dövlət qulluğuna qəbul üçün “A” kateqoriyası üzrə imtahanlar kompüter vasitəsilə keçirilir. Digər kateqoriyalar üzrə isə kağız daşıyıcılar üzərində aparılır”.
Oxşar xəbərlər

Bu şəxslər poliklinikaya getməməlidir
Son Xeberler

Qusara istirahətə gedənlər cəzalandırıldı
Son Xeberler

Azərbaycanda restoranda toy məclisi keçirən şəxslə...
Son Xeberler

İcazəsi ləğv olunan şəxslər nə etməlidir? —
Son Xeberler

Hərbi formada azad edilmiş ərazilərə qanunsuz keçm...
Son Xeberler

Azərbaycanda vəzifəli şəxslər həbs edildi
Son Xeberler