Son Xeberler
9 abunə
DİN-dən Yeni il bayramı ilə bağlı XƏBƏRDARLIQ
18.12.2020 12:47
626 baxış sayı
2 dəq. oxuma
Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə ictimai iaşə obyektləri, o cümlədən restoran, kafe və çay evləri yalnız çatdırılma xidmətinin göstərilməsi və ya onlayn satış əsasında fəaliyyət göstərə bilərlər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, son günlər ictimai iaşə obyektlərində, o cümlədən restoran və əyləncə mərkəzlərində 31 dekabr - Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar şənliklərin təşkili və keçirilməsi ilə bağlı elanlar verilir.
Diqqətə çatdırırıq ki, COVID-19 infeksiyasının daha geniş yayılmasının qarşısının alınması məqsədilə kütləvi şənliklərin, konsert proqramlarının təşkili və keçirilməsi yolverilməzdir. Vətəndaşlarımızı belə kütləvi tədbirlərə iştirakla bağlı hər hansı elana və dəvətlərə inanmamağa, xüsusi karantin rejim qaydalarına əməl etməyə çağırırıq.
Tətbiq edilən xüsusi karantin rejimi dövründə kütləvi tədbirlərin, şənliklərin, konsert proqramlarının təşkili və keçirilməsinə cəhdlərin qarşısı tərəfimizdən qətiyyətlə alınacaq, heç bir kütləvi tədbirin keçirilməsinə imkan verilməyəcəkdir. Hər hansı belə fakt aşkarlanacağı təqdirdə təşkilatçılar və iştirakçılar qanunvericiliyə uyğun olaraq, məsuliyyətə cəlb olunacaqlar.
Oxşar xəbərlər
2025-ci ilin bayram günləri müəyyən edildi
Bugun.az
23
11/12 08:25
Azərbaycanda rəsmi iş günü nə vaxtdır?
Son Xeberler
400
31/12 08:46
Gələn ilin bayram günləri açıqlandı
Son Xeberler
426
05/12 08:47
Azərbaycanda 5 gün tətil olacaq -
Son Xeberler
381
28/12 07:01
Deputatlara bayram pulu verildi
Son Xeberler
650
31/07 11:43
Dünya pravoslavları Milad bayramını qeyd edir
Bugun.az
7
06/01 20:25