DİN Mətanət İsgəndərlinin nəvəsinin döyülməsi ilə bağlı araşdırmaya başladı
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərimin qızını döyməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətindən “oxu.az”ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yayılan fotoların təfərrüatı ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılır:
“Vətəndaş Aynur Vaqif qızı Həmidova polis bölməsinə dəvət olunub və izahatı alınıb. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.
Qeyd edək ki, Aynur Həmidova övladının atası tərəfindən işgəncələrə məruz qaldığı ilə bağlı fotoları sosial şəbəkədə yaysa da, bu barədə polisə müraciət etməyib.
Oxşar xəbərlər
Mətanət İsgəndərlinin gəlini işgəncəyə məruz qaldı...
Şou Xəbər
Mətanət İsgəndərli özünü tanınmaz hala SALDI -
Şou Xəbər
"Məni eyvandan atıb öldürmək istəyirdi" -
Şou Xəbər
Mətanət İsgəndərli qalmaqallı direktora görə cərim...
Şou Xəbər
Direktorun ad günündə mahnı oxuyan Mətanət hönkür-...
Şou Xəbər
“Space” TV-də bu veriliş bağlandı
Son Xeberler