
DİN vətəndaşları düşmən təxribatına uymamağa çağırdı

Bu gün sosial şəbəkələrdəki bəzi səhifələrdə Daxili İşlər Nazirliyinin (DİN) məlumat bazasındakı informasiyaların guya düşmən tərəfindən oğurlanması barədə məlumat paylaşılıb.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, yayılan xəbər həqiqəti əks etdirmir.
"Bununla əlaqədar internet istifadəçilərinin nəzərinə çatdırırıq ki, bu, ermənilərin növbəti təxribat xarakterli iddialarıdır. DİN-in məlumat bazasına heç bir kiber hücum olmayıb.
Bir daha vətəndaşlarımızı müharibədə məğlub olan düşmən təxribatına uymamağa çağırır, qeyri rəsmi qrup, səhifə, kanallardan qətiyyən heç bir linkə daxil olmamağı, faylları açmamağı və şəxsi məlumatları saxta mənbələrə daxil etməməyi məsləhət görürük.
O ki, qaldı sözügedən siyahıya, həmin siyahı ölkəmizdə bir müddət əvvəl keçirilən seçkilər zamanı şəffaflığın təmin olunması məqsədilə seçici məlumatlarının internet resurslarında yerləşdirilmiş informasiyalarıdır", - deyə DİN-in məlumatında qeyd olunub.
Oxşar xəbərlər

Düşmən atəşkəsi yenidən pozdu
Son Xeberler

Ançelotti və Vinisius arasında gərginlik - “Real”d...
Bugun.az

Dəqiq hesablamaları ilə verdiyi düşmən hədəfləri d...
Son Xeberler

DTX erməni təxribatı ilə bağlı əhaliyə müraciət et...
Son Xeberler

Azərbaycan vətəndaşları Türkiyədə nə qədər ev alıb...
Bugun.az

Təslim olmuş işğalçıların görüntüləri yayıldı -
Son Xeberler