“Dinc əhaliyə raketlərlə hücum hərbi cinayətdir” - Hikmət Hacıyev

11.10.2020 08:36 462 baxış sayı 2 dəq. oxuma
“Dinc əhaliyə raketlərlə hücum hərbi cinayətdir” -

“Hərbi əməliyyatların teatrından kənarda dinc əhaliyə dağıdıcı raketlərlə hücum hərbi cinayətdir”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

"Bu, Ermənistanın siyasi-hərbi rəhbərliyinin əxlaqsız davranışının təzahürüdür".

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 3 qadın olmaqla 7 nəfər həlak olub, 16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: