DİQQƏT! Bu ərazilərdə yaşayanlara ŞAD XƏBƏR - VİDEO
Türkiyədən Azərbaycana daha 320 marşurut avtobusu gətiriləcək. Bu avtobuslar paytaxtda ən çox şikayətlərin gəldiyi istiqamətlər üzrə istifadə ediləcək. Xüsusi ilə Bakıətrafı kənd və qəsbələrə gedən avtobuslar yenilənəcək.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu avtobuslar da bakı kart sistemi ilə işləyəcək. Daha bir yenilik isə odur ki , bu il ərzində Bakı kartın balansının online artırılması xidməti istifadəyə veriləcək.
Türkiyənin İzmir şəhərində istehsal edilən daha 320 ədəd avtobus bu il ərzində Azərbaycana göndəriləcək. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə ötən il ərzində sifariş verilən avtobusların gətirilməsi prosesi hələ davam etsə də artıq yeni avtobusların da sifarişi verilib.
Agentliyin sözçüsü Mais Ağayevin sözlərinə görə yeni avtobuslar indiyə kimi sərnişinlərin narazı olduğu marşurut xətlərində istifadə ediləcək. Məqsəd bu il ərazində sərnişin daşımada olan problemləri həll etməkdir.
Yeni avtobuslar kart sistemi ilə işləyəcək. Bu isə o deməkdir ki, yaxın günlərdə paytaxtda hərkət edən daha bir neçə marşurut xəttindəki avtobuslardan nəğd pul vasitəsi ilə istifadə etmək mümkün olmayacaq. Üstəlik bu avtobusların təxmini olaraq hansı istiqamət üzrə hərəkət edəcəyi də bəllidir.
Qeyd edək ki, ilin sonuna kimi Bakı kartın balansının onlayn artırılması sisteminin də istifadəyə verilməsi nəzərdə tutulur.(xezerxeber)
Oxşar xəbərlər
"Sənədləşmə üzrə kiçik mütəxəssis" vakansiyası
Edumap.az Təhsil Portalı
DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
Xəbər Anı
“Yaxında cəbhə bölgəsində tədrisin bərpasına çalış...
Son Xeberler
Zakir Həsənov ordu ilə bağlı tapşırıqlar verdi
Bugun.az
Apple Kamera Nəzarət düyməsi üçün video yayımladı
Son Xeberler
Şiddətli qış gəlir
Son Xeberler