Dövlət Bağçalının Şuşada məktəb tikdirmək təklifinə rəsmi REAKSİYA
Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalının Şuşada məktəb tikdirməsinə rəsmi reaksiya verilib.
Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra Türkiyədəki bir çox qurumlar Azərbaycana dəstəklə bağlı çağırışlar edib:
"Bunlar Azərbaycan hökümətinin verəcəyi qərardan asılıdır. Müvafiq qərar qəbul olunarsa, Türkiyənin əlaqədar qurumlarına məlumat veriləcək”.
"Türkiyə müharibə dövründən sonra da Azərbaycana hər cür dəstək olmaq məqsədilə səfərbər olub. Şəhid və məcburi köçkün ailələrinə kömək məqsədilə Türkiyədən Azərbaycana gələnlər var”, - deyə o qeyd edib.
Xatırladaq ki, Dövlət Baxçalı Şuşada məktəb açmaqla bağlı təklif irəli sürüb. O, "Ülkü Ocakları Eğitim ve Kültür Vakfı” tərəfindən Şuşada ibtidai sinif məktəbini inşa etdirmək niyyətində olduğunu deyib. (oxu.az)
Oxşar xəbərlər
Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir
Son Xeberler
Oğlunu faciəvi şəkildə itirən İbrahim Borçalının S...
Şou Xəbər
Məktəb seçimi ilə bağlı
Son Xeberler
Daha 7 məktəb distant təhsilə keçirildi
Son Xeberler
Şuşada Yeni il yolkası -
Son Xeberler
Bakıda daha bir məktəb koronavirusa görə
Son Xeberler