🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Dünya azərbaycanlıları Şuşa şəhərinin azadlığını qeyd edir

08.11.2020 18:48 363 baxış sayı 4 dəq. oxuma
Dünya azərbaycanlıları Şuşa şəhərinin azadlığını qeyd edir

Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarının iştirakı ilə Qarabağın incisi, qədim mədəniyyət mərkəzimiz Şuşa şəhərinin işğaldan azad olunması ilə bağlı virtual görüş keçirib.

Xaricdəki Azərbaycan evlərinin, Koordinasiya Şuralarının, Qarabağ məktəblərinin təmsilçiləri, diaspor üzvləri əvvəlcə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad edilməsi ilə bağlı bugünkü tarixi çıxışına yenidən birlikdə tamaşa ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov xaricdə yaşayan soydaşlarımızı bu misilsiz qələbə münasibətilə təbrik edib və qeyd edib ki, “Bu, rəşadətli Azərbaycan Ordusunun qələbəsi, Azərbaycan Prezidenti İlham Əliyevin tarixi qələbəsidir. Mən Ali Baş Komandana sizin hər birinizin təşəkkürünü çatdırıram”.

Komitə sədri daha sonra bildirib ki: “Son illər dünya azərbaycanlılarının birliyi daha da möhkəmlənib, biz bunu Koordinasiya Şuralarının, Azərbaycan evlərinin yaranması ilə daha sıx müşahidə etdik. Bu gün dünyanın hər yerində Qarabağa dəstək aksiyaları keçirilir, soydaşlarımız haqq səslərini daha ucadan qaldırırlar”.

Azərbaycanın Milli qəhrəmanı Albert Aqarunovun qardaşı Rantik Aqarunov Azərbaycan xalqını böyük qələbə münasibətilə ailələri adından təbrik edib və bu əvəzsiz sevinci bizə yaşadan şanlı Ordumuza daha böyük uğurlar arzu edib.

Çıxış edənlər bildiriblər ki: “Dövlət Bayrağı Günü ərəfəsində qədim şəhərimizin işğaldan azad edilməsi, müqəddəs bayrağımızın burada dalğalanması Azərbaycanın möhtəşəm qələbəsidir. Biz tariximzin ən şərəfli gününü yaşayırıq. Bu şərəfli tarixi yaradan Ordumuza və Ali Baş Komandana minnətdarıq. Hörmətli Ali Baş Komandan, Sizin adınız bu qələbə  tarixinin ən gözəl səhifəsində qızıl hərflərlə yazılıb”.

Serbiya, Polşa, Macarıstan, Slovakiya, İsveçrə,  İsveç, Norveç, Finlandiya, Niderland, İngiltərə, İsrail, Kanada, Estoniya, Latviya, Litva, Yunanıstan, Danimarka, Çex  Respublikası, İtaliya, Malta, İspaniya Krallığı, ABŞ, Almaniya, Fransa, Avstriya, Avstraliya, Türkiyə və Rusiyadan 54 soydaşlarımızın iştirak etdiyi görüşdə Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Azərbaycan diasporunun əvəzsiz xidmətləri, keçirilən etiraz aksiyalarının əhəmiyyəti barədə də danışlıb, diasporun təşkilatlanmasının mühüm nəticələri ilə bağlı fikir mübadiləsi aparılıb.

Paylaş: