🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Dünya Bankı Azərbaycan Hökuməti ilə kredit sazişi imzalayıb

25.06.2020 15:22 501 baxış sayı 4 dəq. oxuma
Dünya Bankı Azərbaycan Hökuməti ilə kredit sazişi imzalayıb

Dünya Bankı və Azərbaycan Hökuməti arasında ölkəmizdə özünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankı ilə əməkdaşlığı nəzərdə tutan “Məşğulluğa Dəstək Layihəsi” üzrə kredit sazişi imzalanıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, mühüm sosial-iqtisadi önəm kəsb edən bu layihənin hazırlanması və imzalanması Prezident İlham Əliyevin 2019-cu ilin 22 yanvar tarixində Davos Dünya İqtisadi Forumunda iştirakı çərçivəsində Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva ilə görüşü zamanı özünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankı ilə əməkdaşlığa dair əldə olunmuş razılığın nəticəsidir.

Layihə ən yaxşı təcrübələr əsasında özünüməşğulluq proqramının genişləndirilməsi və işsiz kimi qeydiyyatda olan məcburi köçkünlərin, ünvanlı dövlət sosial yardımı alanların, qadınların, gənclərin və həssas qruplardan olan digər şəxslərin bu proqrama cəlb edilərək onlar üçün Dünya Bankının vəsaitləri hesabına kiçik bizneslərin yaradılmasıdır.

Belə ki, 2020-2025-ci illəri əhatə edən layihə üzrə bu müddətdə qeyd edilən kateqoriyalardan olan 22 min işsiz şəxsin proqrama cəlb edilməsi nəzərdə tutulur. Onlara ilk növbədə “Öz biznesini başlat və təkmilləşdir” adlı təlimlərdə kiçik biznesə başlamaq üçün müvafiq bilik və bacarıqlar öyrədiləcək. Sonra isə həmin şəxslərin natura formasında aktivlərlə təmin olunmaqla kiçik müəssisələrinin yaradılması və kiçik biznesə yiyələnmələri təmin olunacaq.

Qeyd edək ki, 22 min şəxsdən 2 min nəfərinin 2020-ci il üzrə təlimlərə cəlb edilməsi və aktivlərlə təminatı planlaşdırılır. Ümumilikdə isə bu göstərici də daxil olmaqla, 2020-ci il ərzində Azərbaycanda 12 min nəfərin özünüməşğuluq proqramı üzrə kiçik ailə təsərrüfatları yaradılacaq. Layihənin sonrakı 4 ilinin hər birində 5 min şəxsin proqrama cəlbi planlaşdırılır.

Layihədə özünüməşğuluq proqramının icrası sahəsində innovativ həll yollarının tətbiqi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti əməkdaşları üçün təlimlərin keçirilməsi, ünvanlı sosial yardımdan özünüməşğulluğa keçid strategiyasının hazırlanması da nəzərdə tutulur. Eyni zamanda məşğulluq xidmətləri və proqramlarının gücləndirilməsi (o cümlədən əmək bazarının qiymətləndirilməsi, Peşə Təlim Mərkəzlərinin genişləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı strategiyanın hazırlanması, işaxtaranların məlumatlandırılması və s.), layihənin idarəedilməsi, monitorinq və qiymətləndirilməsi də layihənin əsas komponentləridir.

Paylaş: