Dünyada həftəlik yoluxmada rekord göstərici

11.11.2020 05:37 520 baxış sayı 2 dəq. oxuma
Dünyada həftəlik yoluxmada rekord göstərici

Dünyada son həftə ərzində koronavirusa yoluxanların sayı 3,6 milyondan çox artıb. Bu, pandemiyanın başladığı vaxtdan indiyədək qeydə alınan ən yüksək göstəricidir.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Son 7 gündə ölənlərin sayı isə 54 mindən çox artıb. Bu, ötən həfə ilə müqayisədə 9 min çoxdur.  

Qeyd edək ki, dünyada ümumilikdə 49,7 milyona yaxıninsan koronavirusa yoluxub, 1,2 milyondan çox insan bu virusdan dünyasını dəyişib.

 

 
K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: