Son Xeberler
Son Xeberler

06.02.2021 12:25

6 abunə

362

Dünyada son sutkada 355 mindən çox koronavirusa yoluxma qeydə alınıb

Dünyada son sutkada 355 mindən çox koronavirusa yoluxma qeydə alınıb

Dünyada son sutka ərzində 355 041 nəfər koronavirusa yoluxub, 10 422 nəfər ölüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 104 370 550 yoluxma hadisəsi, 2 271 180 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 47 faizdən çoxu Avropanın (167 526) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (115 954), və Cənub-Şərqi Asiya (26 101) bölüşür.