Düşmən hücumunun qarşısını alarkan şəhid olan 18 yaşlı əsgərimiz - FOTO

13.07.2020 06:33 742 baxış sayı 2 dəq. oxuma
Düşmən hücumunun qarşısını alarkan şəhid olan 18 yaşlı əsgərimiz -

İyunun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində yerləşən mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşi açıb və hücuma keçməyə cəhd göstəriblər. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid olub, 4 nəfər yaralanıb.

Düşmən hücumunun qarşısını alarkən əsgər Xəyyam Məhəmməd oğlu Daşdəmirov ağır yaralanıb. Həkimlərin səyinə baxmayaraq əsgəri xilas etmək mümkün olmayıb.

2002-ci ildə anadan olmuş Xəyyam Daşdəmirov İsmayıllı rayonunun Bilik kəndindən hərbi xidmətə çağırılıb. O, hərbi xidmətə 3 ay öncə yollanıb.

Artıq 18 yaşlı əsgərimizin nəşi dəfn edilmək üçün doğma kəndinə gətirilib. Daşdəmirovun özündən kiçik bir qardaşı var

N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: