
Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edildi VİDEO

Oktyabrın 31-də günorta saatlarında düşmənin canlı qüvvə ilə dolu hərbi avtomobil texnikasının mövqelərimiz istiqamətində hərəkəti müşahidə edilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Məlum olub ki, Ermənistanın xüsusi təyinatlı qüvvələrindən ibarət kəşfiyyat-diversiya qrupu təxribat törətmək məqsədilə qoşunlarımızın müdafiə xəttinə yaxınlaşmağa cəhd göstərib.
Düşmənə vurulan birinci atəş zərbəsi ilə avtomobil texnikası sıradan çıxarılıb və kəşfiyyat-diversiya qrupu pərən-pərən düşərək qaçmağa başlayıb. Həmin qrupun üzvlərinin ərazini tərk etmələri üçün “Kamaz” markalı ikinci avtomobilə minmələri də müşahidə edilib. İçərisi silahlı hərbçilərlə dolu olan bu avtomobil də istiqamətlənmiş dəqiq atəş zərbəsi ilə dərhal məhv edilib", - deyə məlumatda bildirilir.
Həmin anları əks etdirən videogörüntüləri təqdim edirik.
Oxşar xəbərlər

Zəngilanda düşmənin diversiya cəhdinin qarşısı alı...
Son Xeberler

Düşmənin kəşfiyyat-diversiya alayını komandiri məh...
Son Xeberler

Erməni diversiya qrupunun komandiri əsir götürüldü...
Son Xeberler

Şuşa ətrafında düşmənin yüksək rütbəli zabitləri m...
Son Xeberler

Zəngilanda erməni xüsusi təyinatlıları darmadağın...
Son Xeberler

Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi...
Son Xeberler