
Düşmənin nə qədər canlı qüvvəsi məhv edilib? - İlham Əliyev

“Azərbaycanda olan məlumata görə, sentyabrın 27-dən Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar zamanı Ermənistanın canlı qüvvədə itkiləri təxminən 5 min nəfər təşkil edir”.
Bunu Prezident İlham Əliyev “İnterfaks”a müsahibəsində deyib.
Dövlət başçısı bildirib:
“Deyə bilərəm ki, bizim ehtimallara əsasən, Ermənistanın hansı itkiləri ola bilər. Bizdə olan məlumata görə, Ermənistan tərəfinin yalnız canlı qüvvədə itkiləri 5 min nəfər və daha artıq ola bilər, bir qayda olaraq, yaralıların sayı 2-3 dəfə artıq olur”.
“Bizim itkilərə gəlincə, mən demişəm, biz onları hərbi əməliyyatlar bitəndən sonra elan edəcəyik. Ancaq deməliyəm ki, bizim itkilərimiz dəfələrlə azdır”, - deyə Prezident əlavə edib.
“Hərbi qarşıdurmaların xarakteri, mürəkkəb relyef, ermənilərin 30 il ərzində inşa etdikləri istehkamları nəzərə alaraq hesab edirəm ki, hər bir insanın həyatı çox dəyərlidir, lakin bütün bu amilləri nəzərə alaraq, bizim itkilərimiz minimaldır”, - deyə dövlət başçısı bildirib.
Oxşar xəbərlər

Düşmənin canlı qüvvəsi məhv edildi -
Son Xeberler

Düşmənin canlı qüvvəsi aviazərbələrlə məhv edildi...
Son Xeberler

Xocavənd istiqamətində düşmənə daha bir zərbə -
Son Xeberler

Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi...
Son Xeberler

Düşmənin canlı qüvvəsi məhv edildi -
Son Xeberler

Düşmənin bu texnikaları da məhv edildi -
Son Xeberler