“Düşmənin təxribata hazırlaşdığı istiqamətlər müəyyənləşib” - Polkovnik
"Biz müharibə şəraitində yaşayırıq və hələ müharibə bitməyib".
Bunu ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Onun sözlərinə görə, atəşkəs sazişinə uyğun olaraq ATƏT-in Minsk Qrupu öz üzərinə götürdüyü vasitəçilik missiyasını yerinə yetirməli idi, lakin həmsədrlər indiyədək heç bir işlə məşğul olmayıblar.
"Minsk Qrupu ərazi bütövlüyü çərçivəsində münaqişənin həllinə köməklik göstərməli idi. Lakin Minsk Qrupu heç nə etməyib. Dağlıq Qarabağa sırf özlərinin marağından baxıblar. Bugünkü vəziyyət onu göstərir ki, Minsk Qrupu məsələnin uzanmasına və hazırki vəziyyətə gətirib çıxarmasına xidmət edib. Minsk Qrupunun üzvü olan ölkələr Ermənistana təsir etmək imkanına malikdirlər. Görünən odur ki, onlar münaqişəni bu formada saxlamaqda maraqlı olublar. Təəssüflər olsun ki, zaman keçdikcə biz bunun şahidi olduq. Ermənistanın qeyri-konstruktiv mövqeyi, hərbi-siyasi rəhbərliyinin təxribatçı çıxışlar etməsi məsələnin sülh yox, hərbi yolla həllinə, müharibənin artıq aktiv fazaya keçməsinə işarə verir. Ermənistan tərəfi son çıxışlarında, ritorikasında öz çirkin niyyətlərindən əl çəkmir. Onların hərəkətləri və gələn məlumatlar düşmənin vəziyyəti gərginləşdirməkdə maraqlı olduğunu göstərir. Ermənistanın xarici işlər naziri Yaxın Şərqə gedib və orada Suriya, Liviya erməni diasporu ilə görüş keçirib. Yaxın Şərqdəki ermənilərin və muzdlu qüvvələrin Dağlıq Qarabağda yerləşdirilməsi ilə məşğuldurlar. Məlumatlar var ki, PKK-nın üzvləri Dağlıq Qarabağda yerləşdirilib. Bunlar hamısı vəziyyəti daha da gərginləşdirmək üçündür. Ola bilər ki, hansısa istiqamətdə təxribata əl ata bilərlər".
Ş.Ramaldanov qeyd edib ki, heç kim münaqişənin sülh yolu ilə həllinə inanmır:
"Deyirlər ki, bunun hərbi yolu yoxdur. Amma ikili standartlar nəticəsində Azərbaycanı bu yola çəkirlər. Azərbaycan görür ki, məsələnin həlli ancaq güc yolu ilə mümkündür. Təbii ki, biz heç bir zaman bu variantı istisna etməmişik. Azərbaycan Silahlı Qüvvələrinin hazırlığı, keçirilən təlimlər və silahlanma bir məqsəd daşıyır ki, əgər münaqişəni güc yolu ilə həll etməli olsaq, hazır olaq. Ordumuz hər zaman düşmən təxribatının qarşısını almağa və Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazırdır. Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyətinin əsas məqəsdi öz üzərinə düşən vəzifəni yerinə yetirmək və işğal olunmuş torpaqlarımızı azad etməkdir. İnformasiya məkanında artıq müharibənin aktiv fazaya keçməsi əlamətləri görünür. Azərbaycan Silahlı Qüvvələri düşmənin təxribat törədə biləcəyi istiqamətləri müəyyənləşdirib, təhlillər aparır və lazımi qabaqlayıcı tədbirlər görərək hər bir vəziyyətə hazırdır".
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması hallarının artması, təmas xəttinə yaxın yaşayış məntəqələrimizin, mülki əhalinin və infrastrukturun müntəzəm atəşə tutlması, daha iriçaplı silahlardan istifadə olunması, mövqelərimizə qarşı keçirilən kəşfiyyat-təxribat fəaliyyətləri, o cümlədən pilotsuz uçuş aparatlarının (PUA) geniş tətbiqi cəbhədə vəziyyətin ciddi kəskinləşməsinə səbəb olub.
Etiketlər
Oxşar xəbərlər
Hadrudda təxribat törədən 3 erməni hərbçisi yarala...
Son Xeberler
Düşmənin “OSA” ZRK-sı vuruldu -
Son Xeberler
ABŞ-da növbəti erməni təxribatı
Son Xeberler
Bu sahədə qiymətlər kəskin artdı:
Son Xeberler
“Neftçi” – “Qalatasaray” oyununun başlama saatı
İdman Xəbər
Laçın və Qubadlı Ermənistan ərazisindən
Son Xeberler