🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Düşmənin üç zirehli texnikasını məhv edən kiçik çavuş - VİDEO

28.10.2020 14:02 534 baxış sayı 2 dəq. oxuma
Düşmənin üç zirehli texnikasını məhv edən kiçik çavuş -

Müdafiə Nazirliyi Azərbaycan əsgərlərinin uğurları ilə bağlı növbəti videonu yayıb.

Görüntülərdə leytenant Fəqan Salmanov əks-hücum əməliyyatlarında uğurla iştirak etdiyini açıqlayıb:

“Əks- hücum əməliyyatı ilə başlayan döyüşlərdə ilk gündən iştirak edirəm. Vətəninə canla bağlı olan övlad, zabit kimi düşmənə qarşı rəşadətlə döyüşürəm. Tezliklə üçrəngli bayrağımız Şuşada, Qarabağda dalğalanacaq!”

Kiçik çavuş Qarabəy Əhmədzadə isə düşmənə məxsus üç zirehli texnikanı məhv etdiyin bildirib:

“Torpaqlarımız uğrunda gedən döyüşlərin iştirakçısıyam. Bununla qürur duyuram. Vətənə övladlıq borcumu düşmən texnikalarını məhv edərək yerinə yetirirəm. Belə ki, düşmənin üç zirehli texnikasını məhv etmişəm. Allahın izni ilə qələbə bizim, Qarabağ Azərbaycanındır!” 

Paylaş: