🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Düşmənin yeni planı - Ermənistan Rusiyanı onun əsas rəqibinə dəyişir

29.01.2021 07:48 366 baxış sayı 9 dəq. oxuma
Düşmənin yeni planı - Ermənistan Rusiyanı onun əsas rəqibinə dəyişir

Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin rüsvayçı nəticələrini araşdırmaq, ondan nəticə çıxarmaq əvəzinə 10 noyabr bəyannaməsindən sonra Ermənistanın müxtəlif siyasi dairələri tərəfindən revanşist, təhdid xarakterli açıqlamaların ardı-arası kəsilmir. Azərbaycan Prezidentinin son çıxışlarında Ermənistana revanş hissindən uzaq durmağa, bu barədə hər hansı bir plan qurmaqdan çəkinmək istiqamətində etdiyi xəbərdarlıqlara məhəl qoymayan düşmən ölkənin siyasətçiləri unudurlar ki, II Qarabağ müharibəsi də belə başladı. Düşmənin müharibədə rüsvayçı məğlubiyyətinin əsl səbəbi də məhz Prezident İlham Əliyevin 27 sentyabrdan öncə hər çıxışında Ermənistanı təxribatlarını dayandırmağa çağıran, müharibə hazırlıqlarını saxlayıb regionun sülh içində yaşaması üçün münaqişəyə son qoymaq istiqamətində etdiyi çağırışlarına məhəl qoymamaqlarıdır. Amma bu, Ermənistana dərs olmadı. 

Xocalı soyqırımının müəlliflərindən biri olan və Azərbaycan xalqı qarşısında saysız cinayətlərə əl atmış eks-prezident Serj Sarkisyan II Qarabağ savaşındakı məğlubiyyətin qisasının alınacağını iddia edib: "Ermənistan ordusu yenə də yumruğunun gücünü göstərəcək və düşmənə yaxın zamanda biabırçı keçmişini xatırlatacaq". Şübhəsiz ki, Sarkisyan "biabırçı keçmiş" deyəndə, 1990-cı illərdə rus ordusu ilə birlikdə Azərbaycana qarşı həyata keçirdikləri işğalı və Xocalıda törətdikləri soyqırımı nəzərdə tutur. Amma anlamır ki, artıq nə Azərbaycan o Azərbaycandır, nə də bölgədəki vəziyyət o vəziyyətdir. Azərbaycanın 1990-cı illərdə düşdüyü vəziyyətin eynisinin yaşadıqlarının fərqində belə olmayan Sarkisyan kimilər, 44 günə 30 illik planlarının məhv edildiyini qəbul edə bilməyəcək qədər axmaqdırlar. Regiondakı geosiyasi vəziyyətin yeni mərhələyə qədəm qoyduğunu yanvarın 11-də Moskva görüşü də bir daha təsdiq etdi.

Düşmən 10 Noyabr razılaşmasını pozmaq üçün növbəti təxribatlara cəhd edir. Qarabağda ermənilərin ansimetizm havası yenidən hiss edilir, Araik Arutyunyan yenə qondarma "artsax"ın "müstəqillik" nağılından danışır. Eyni vaxtda Xocavənddə faşist Njdeyə abidə qoyulması da diqqət çəkir. Bu, həm də o vaxt baş verir ki, Rusiya Leninqradda faşistlərin blokadası nəticəsində həlak olmuş milyonlarların xatirəsini və yəhudi soyqırımının ildönümünü qeyd edir. Bu, abidə məsələsi təkcə faşist Almaniyası üzərində qələbə qazanmış milyonların deyil, o cümlədən Rusiyaya meydan oxumaq, ansimetizm mövqeyi ortaya qoymaqdır. Bu, həm də separtizmi yenidən alovlandırmaq və bir faşistə heykəl qoymaqla bütün tərəqqipərvər bəşəriyyətə qarşı çıxmaq deməkdir. Bunun təsdiqi olaraq İsrailin Diaspora Məsələləri Nazirliyi tərəfindən dünyada antisemitizm ilə bağlı vəziyyətə dair illik hesabatına nəzər yetirmək kifayət edir. 27 yanvar - Holokost qurbanlarının anım günü öncəsində dərc edilən bu hesabatda dünya ölkələrində 2020-ci ildə antisemitizm vəziyyəti dəyərləndirilib. Hesabatda Ermənistanda antisemitizmin ciddi şəkildə artması ilə bağlı məlumat verilir. Belə ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, eləcə də  İsrail ilə Azərbaycan arasında siyasi və müdafiə sahəsində əməkdaşlığın Ermənistanda antisemitizmin artmasına gətirdiyi vurğulanır. Məlum olduğu kimi, Ermənistanda nasizmin təbliği və faşizmin qəhrəmanlaşdırılmasının dövlət siyasətinə çevrildiyi tərəfimizdən dəfələrlə, o cümlədən ən yüksək səviyyədə qaldırılmışdır. Ermənilərin radikallaşması, yenidən müstəqillik xülyaları qurmaları özlərinə baha başa gələcək. Görünən isə odur ki, Ermənistanda anti-Rusiya, revanşist qüvvələrin dəstəklənməsi və 10 noyabr tarixində imzalanan üçtərəfli bəyannaməyə yenidən baxılması üçün hər şey ediləcək. Yeni müharibəyə çağırışlar edən Ermənistan siyasi dairələri düşünmürlər ki, yenidən müharibə başlasa, bu, Rusiyanın avtoritetini ciddi zədələyə bilər.

Buna baxmayaraq, ermənilərin Qarabağda sülh prosesini tapdalamaq yönündə cəhdləri davam edir. Erməni lobbisinə yaxınlığı ilə tanınan demokrat-prezident Co Baydenin Ağ Evə gəlişi onları əməllicə ruhlandırıb. Eyni zamanda ABŞ-ın yeni dövlət katibi Toni Blinkenin Qarabağ mövzusunda ermənilərin xeyrinə verdiyi məlum bəyanat məxsusi diqqət çəkir. İki gün öncə Blinken Senatda böyük səs çoxluğu ilə öz vəzifəsinə təsdiqlənib. Maraqlıdır ki, məhz həmin ərəfədə ermənilər Qarabağda Njdeyə abidə qoymaqla Azərbaycana və hətta Rusiyaya qarşı böyük təxribata imza atmış oldular. Söhbət Rusiya sülhməramlılarının nəzarətindəki Xocavəndin mərkəzində faşist əlaltısı Qaregin Njdeyə abidə qoyulmasından gedir. Görünən odur ki, ermənilər bu addımla Rusiya və Azərbaycanın əks-reaksiyası nəticəsində abidənin sözügedən ərazidən götürüləcəyi yönündə sərt tədbirlər görüləcəyini hesablamamış deyillər. Görünür, ermənilər bundan istifadə edib ABŞ administrasiyasının diqqətini regiona daha tez yönəltməyə, Amerika hökumətini Rusiya və Azərbaycana qarşı qoyacaqlarına ümid edirlər.

Proseslərin gedişi isə onu göstərir ki, Ermənistan da artıq Gürcüstan, Ukrayna, Moldova kimi Rusiyadan qoparaq müstəqil və Avropaya bağlı siyasət yürütmək həvəsinə düşüb. Bunu Ermənistan Avropa Partiyasının sədri Tiqran Hzmalyan da Ermənistan-Rusiya münasibətlərinin bundan sonrakı durumu haqda danışarkən bildirib. O deyib ki, "44 günlük müharibənin nəticəsi Ermənistanın Rusiyadan qoparılması olacaq". Bu isə Rusiya üçün xəyanətdən başqa bir şey olmayacaq. Ermənistan bu cür absurd cəhdlərdənsə, belə təhlükəli meyllərdən çəkinməli və xalqlararası sülh, əməkdaşlıq və rifahın yaradılması naminə səylər göstərməlidir. Sözsüz ki, bunun həm Ermənistana, həm bölgəyə, həm də beynəlxalq ictimaiyyətə faydası ola bilər. Əks halda Ermənistan onu bu regionda "var" edən havadarını itirməklə yanaşı, bu coğrafiyadakı yerini də itirmək təhlükəsi ilə qarşı-qarşıya qala bilər. 

 

Paylaş: