🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Əhali banklardakı əmanətlərini geri çəkib - NƏ BAŞ VERİR?

28.02.2021 06:51 872 baxış sayı 2 dəq. oxuma
Əhali banklardakı əmanətlərini geri çəkib - NƏ BAŞ VERİR?

2021-ci ilin yanvar ayı üzrə Azərbaycanda kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin həcmi 23 milyard 189,3 milyon manat təşkil edib.

Oxu.az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, 2020-ci ilin yanvar ayı ilə müqayisədə depozit və əmanətlərin həcmi 6,6 faiz azalıb.

Belə ki, vəsaitlərdən 8 milyard 202,9 milyon manatı fiziki şəxslərin əmanətlərini, 1 milyard 833,4 milyon manatı maliyyə təşkilatlarının, 13 milyard 153 milyon manatı isə qeyri-maliyyə təşkilatlarının vəsaitlərini əhatə edib.

Ötən ilin yanvar ayı ilə müqayisədə maliyyə təşkilatlarının depozitlərinin həcmi 5,2 faiz artsa da, qeyri-maliyyə qurumlarında depozitlərinin həcmi 9,3 faiz azalıb.

Fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi əvvəlki ilin müvafiq dövrünə nəzərən 4,5 faiz azalaraq 8 milyard 202,9 milyon manat təşkil edib. Onların əmanətlərinin 49,3 faizi milli valyutada (4 milyard 47,5 milyon manat), 50,7 faizi isə xarici valyutada (4 milyard 155,4 milyon manat) olub.

Rezidentlərə məxsus əmanətlərin həcmi fiziki şəxslərə məxsus əmanətlərin 96,5 faizini (7 milyard 917 milyon manat) təşkil edib. Onların banklardakı əmanətlərinin həcmi ötən ilin yanvar ayı ilə müqayisədə üç faiz azalıb.

Qeyri-rezidentlərin, yəni ölkə hüdudlarından kənarda yaşayan və ya ölkədə müvəqqəti qalan fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi isə 286 milyon manatı təşkil edib və 2020-ci ilin müvafiq ayı ilə müqayisədə əmanətlərin həcmi 32,4 faiz azalıb

Paylaş: