🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Əhalinin DİQQƏTİNƏ: Avqustun 5-dən sonra... Az öncə açıqlandı

04.08.2020 10:41 894 baxış sayı 4 dəq. oxuma
Əhalinin DİQQƏTİNƏ: Avqustun 5-dən sonra...

Xəbər verdiyimiz kimi, 5 avqust saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olunur.

SMS icazənin ləğv edilməsi ilə bağlı qərardan sonra evdə müalicə alan koronavirus xəstələrinin evdən çıxıb-çıxmadığı necə müəyyən ediləcək?

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elvin Hacıyev bildirib ki, SMS icazə xidməti ləğv olunduqdan sonra koronavirus xəstələrinə hüquq-mühafizə orqanlarının, Bakı Şəhər İcra Hakimiyyətinin, mənzil istismar sahələrinin işçilərinin eləcə də digər qurumların iştirakı ilə nəzarət edilməsi nəzərdə tutulub:

“Hazırda evdə müalicə alan xəstələrin müşahidəsi sahə həkimləri tərəfindən həyata keçirilir.

Avqustun 5-dən sonra da əvvəlki qaydada sahə həkimləri gündəlik olaraq zəng vasitəsi ilə xəstələrin müşahidəsini aparılacaq. 

Həmçinin, E-TƏBİB mobil tətbiqində yeniliklər olacaq ki, bu barədə Tibb Ərazi Bölmələrinin İdarəetmə Birliyi  tərəfindən bir müddət sonra rəsmi məlumat veriləcək”, -deyə E. Hacıyev bildirib.

Paylaş: