🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ

22.08.2020 15:25 571 baxış sayı 2 dəq. oxuma
Əhaliyə hava ilə bağlı

"Ölkə ərazisindən soyuq atmosfer cəbhəsinin keçməsi ilə əlaqədar hava şəraiti dəyişib, respublikanın bir sıra rayonlarında yağış müşahidə olunur. Böyük və Kiçik Qafqazın ayrı-ayrı ərazilərində yağış leysan xarakterli və intensiv olub. Nəticədə bəzi çaylarda daşqın və sel müşahidə edilib".

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

"Eyni zamanda bu proses küləkli hava şəraiti ilə səciyyələnir. Xüsusən də Abşeron yarımadasında küləyin maksimal sürəti saniyədə 28 km/saniyəyə çatıb, Nəticədə Xəzər dənizində dalğanın hündürlüyü 5 metrə qədər yüksəlib. Gözlənilən güclü külək haqqında xəbərdarlıq əvvəlcədən əlaqədar təşkilatlara təqdim olunub”.

U.Tağıyeva deyib ki, qeyri-sabit hava şəraitinin sabah gün ərzində davam edəcəyi gözlənilir: “Küləyin maksimal sürəti bu gün axşam və gecə saatlarında müşahidə olunacaq. Ayın 23-ü axşama doğru küləyin sürəti bir qədər azalacaq. Rayonlarda isə yağıntılı hava şəraitinin ayın 24-dək davam edəcəyi proqnozlaşdırılır. Havanın maksimal temperaturu sabah bu günə nisbətən daha aşağı enəcək. Paytaxtda maksimal temperatur 20-23 dərəcə intervalında dəyişəcək".

Paylaş: