🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Əhaliyə uşaqlarla bağlı müraciət - VİDEO

10.02.2021 11:12 422 baxış sayı 3 dəq. oxuma
Əhaliyə uşaqlarla bağlı müraciət -

Fövqəladə Hallar Nazirliyi uşaq təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, müraciətdə bildirilir ki, uşaqların dünyanı kəşf etməyə, öyrənməyə marağı və əyləncə istəyi həm də onların ətrafdakı təhlükələrdən hələ ki xəbərsiz olması ilə müşayiət olunur.

Qeyd olunub ki, valideynin nəzarətindən kənar olan uşaqlar real təhlükələrlə üz-üzə qalır, bir sıra hallarda onların sağlamlığı və həyatı təhlükə altına düşür.

Bununla bağlı nazirlik valideynləri mənzillərdə balacaların həyatına təhlükə törədə biləcək elektrik və qaz cihazlarının, açıq eyvan və pəncərələrin, düşə biləcək ağır əşyaların, kimyəvi maddələrin, kəsici alətlərin və s. mövcudluğunu, azyaşlıların küçədə, nəqliyyat vasitələrində, müxtəlif məkanlarda nəzarətdən kənar qalmasının arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini nəzərə alaraq uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırıb. 

 
Paylaş: