
Əhaliyə xəbərdarlıq: Sabahdan etibarən...

Hava ilə bağlı əhaliyə xəbərdarlıq edilib. Sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 29-34, Bakıda gecə 20-22, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.
Sentyabrın 7-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.
Etiketlər
Oxşar xəbərlər

Baş Prokurorluq və DİN əhaliyə xəbərdarlıq etdi
Son Xeberler

Azərbaycanda əhaliyə xəbərdarlıq edildi -
Son Xeberler

Əhaliyə XƏBƏRDARLIQ
Xəbər Anı

Əhaliyə xəbərdarlıq edildi
Xəbər Anı

ANAMA və DİN əhaliyə xəbərdarlıq edib
Son Xeberler

DİN məlumat yaydı -
Son Xeberler