
Son Xeberler
9 abunə
Əjdər Həmidov vəfat etdi
24.11.2020 15:57
512 baxış sayı
2 dəq. oxuma

Azərbaycan Xalq artisti, aktyor Əjdər Qüdrət oğlu Həmidov vəfat edib.
Bu barədə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib.
Qeyd edək ki, aktyor bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi, o, insultdan əziyyət çəkirdi.
Əjdər Həmidov 28 sentyabr 1953-cü ildə Şabran rayonunun (keçmiş Dəvəçi rayonun) Aygünlü kəndində anadan olub. 1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərilən Ə.Həmidov bu teatrın səhnəsində bir sıra maraqlı rollar oynayıb.
Oxşar xəbərlər

Yazıçı-şair Əjdər Ol saxlanıldı
Son Xeberler
417
09/02 06:36

37 yaşlı kişini arı sancdı, öldü
Son Xeberler
555
17/06 06:56

Tanınmış aktyor vəfat etdi -
Son Xeberler
561
18/02 16:42

Daha bir həkim koronavirusdan vəfat etdi-
Son Xeberler
482
28/12 07:11

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat e...
Son Xeberler
360
15/12 09:30

XİN-in vəzifəli əməkdaşı vəfat etdi
Son Xeberler
557
06/01 06:19