Əliyar Ağayev UEFA Çempionlar Liqasında Oyun Hakimliyi Edəcək

30.09.2024 07:25 170 baxış sayı 1 dəq. oxuma Metbuat
Əliyar Ağayev UEFA Çempionlar Liqasında Oyun Hakimliyi Edəcək

Azərbaycanın tanınmış FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinatı alıb.

AFFA-nın rəsmi saytından verilən məlumata görə, Ağayev UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda "Şturm” (Avstriya) - "Brügge” (Belçika) oyununun baş hakimliyinə təyin olunub.

Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli köməkçi hakim, Tural Qurbanov isə dördüncü hakim kimi çıxış edəcəklər. Oyunun VAR hakimliyi isə İngiltərədən Devid Kut və Stüart Attuellə həvalə olunub.

Klaqenfurt şəhərindəki "Verterze” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: