🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Elnarə üsyan etdi: Hörmətli TƏBİB-ə başa salın ki,...

08.07.2020 13:49 854 baxış sayı 2 dəq. oxuma
Elnarə üsyan etdi:
Tanınmış müğənni Elnarə Xəlilova sosial media hesabında maraqlı paylaşım edib.

Ifaçı aparıcı Azər Qəribin karantinin uzadılması ilə bağlı etirazını yayımlayaraq həkimlərə müraciət edib. 
''Nəhayət dillənən oldu. Biz kimik ki? Əskimiz də tüstülüdür. Bir söz deyən kimi deyəcəklər müğənnisən get mahnını oxu. Xahiş edirəm, ey bizim ölkənin həkimləri! Birlik göstərmək vaxtıdır. Yığışın bir yerdə bu qərargaha, hörmətli TƏBİB-ə başa salın ki, reseptlərdə vitamin D paylamaq lazım deyil camaata. Camaatı diri-diri öldürmək lazım deyil. Buraxın insanlar Allahın verdiyi halal vitamin D-sini alsınlar günəşdən. Buraxın və nəzarət edin. Baxın bütün dünya necə karantin edir. Siz də öyrənin. Allahım, sən özün bizə kömək ol. Ay yarımımız qaldı. Bu payıza sağ-salamat çıxa bilək'' -deyə, o qeyd edib. 

dinsta

Paylaş: