Əməkdar artist koronavirusdan VƏFAT ETDİ - FOTO

13.01.2021 17:45 603 baxış sayı 2 dəq. oxuma
Əməkdar artist koronavirusdan VƏFAT ETDİ -

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının keçmiş solisti, Əməkdar artist İsmayıl Ələkbərov vəfat edib.

Bu barədə Akademik Opera və Balet Teatrından bildirilib.

İ.Ələkbərovun koronavirusdan vəfat etdiyi qeyd olunub.

İ.Ələkbərov 1939-cu ildə Bakı şəhərində anadan olub. 1966-cı ildə A.Zeynallı adına Bakı Musiqi məktəbinin muğam şöbəsini, 1973-cü ildə isə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.

1971-ci ildən Azərbaycan Dövlət akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti olub.

Teatrda çalışdığı müddətdə bir sıra rollarda çıxış edib.

2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.

Əməkdar artist koronavirusdan VƏFAT ETDİ

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: