
Son Xeberler
9 abunə
Emin Əmrullayevdən yeni kadr TƏYİNATLARI
17.08.2020 15:29
508 baxış sayı
2 dəq. oxuma

Təhsil naziri Emin Əmrullayev yeni kadr təyinatları ilə bağlı əmr imzalayıb.
Əmrə əsasən, Simuzər Feyzullayeva nazirin müşaviri təyin olunub.
O, 2008-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2010-cu ildə isə magistr dərəcəsi əldə edib. Boston Universitetində hüquqşünaslıq ixtisası üzrə magistr təhsilini (LL.M.) 2011-ci ildə başa vurub. S.Feyzullayeva 2011-2018-ci illərdə "BakerMckenzi” beynəlxalq hüquq şirkətində baş hüquqşünas, 2018-2019-cu illərdə "KPMG” beynəlxalq audit şirkətində hüquq meneceri, 2019-cu ildən isə Təhsil İnstitutunda Layihə Katibliyinin rəhbəri vəzifəsində çalışıb.
Nazirin digər əmrinə əsasən, Nərminə Hüseynova Təhsilin inkişafı proqramları şöbəsinin müdiri təyin olunub. O, daha əvvəl eyni şöbədə müdir müavini olaraq işləyirdi.
N.Hüseynova 2009-cu ildə Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr , 2011-ci ildə Nottinqem Universitetində Dövlət İdarəçiliyi üzrə magistr dərəcəsi əldə edib.
O
Regional siyasət müxbiri
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Emin Əmrullayevdən 3 yeni təyinat -
Son Xeberler
517
20/02 09:43

Yeni Təhsil naziri təyin olunan Emin Əmrullayev ki...
Son Xeberler
1,432
27/07 09:46

Emin Əmrullayevdən iki yeni təyinat - FOTO
Bugun.az
129
10/02 14:25

Eminin Ev Yarışmasının Qalibi Bəlli Oldu!
Bugun.az
284
11/10 16:25

Vilayət Eyvazovdan yeni
Son Xeberler
391
14/08 05:47

Nazir: BDU, ADNSU və ATU-ya tələbə qəbulu azala bi...
Azəri Xəbər
15
13/11 08:43


