🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Ən çox medal alan generallar... - FOTOLAR

30.12.2020 14:44 387 baxış sayı 7 dəq. oxuma
Ən çox medal alan generallar... -

Azərbaycan Vətən Müharibəsində qalib gəldikdən sonra torpaqların işğaldan azad edilməsi uğrunda döyüşən hərbçilər - əsgərdən generala kimi mükafatlandırıldı. Lakin onların arasında cəmiyyətdə nüfuzu olan və tanınmış generallar daha geniş müzakirə olundu.

Bəs müharibə zəfərindən ən çox medal alan hansı generallar olub?

Birlik komandiri Mayis Bərxudarov 7 medalla siyahıya liderlik edir.

General-mayor M.Bərxudarov Şuşanın, Qubadlının, Xocəvəndin, Zəngilanın, Füzulinin, Cəbrayılın azad edilməsinə görə medalları ilə təltif olunub. Bərxudarov bundan başqa, "Qarabağ” ordeninə də layiq görülüb.

İkinci ən çox medal alan general isə Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyevdir. Müharibə gedişatında, oktyabrın 17-də general-leytenant rütbəsi alan Mirzəyev Kəlbəcər, Şuşa, Qubadlı, Füzuli və Cəbrayılın azad edilməsinə görə medalları ilə təltif olunub. Onun altıncı mükafatı isə "Vətən Müharibəsi Qəhrəmanı” adı olub.

"Aprel döyüşləri”ndəki qəhrəmanlığı ilə tanınan artilleriya qoşunlarının komandanı Ağamir Sultanov Vətən Müharibəsindən sonra 5 medalla qiymətləndirilib. Dekabrın 7-də Prezidentin sərəncamı ilə general-mayor rütbəsi verilən, "Zəfər” ordenli A.Sultanov həmçinin, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşanın azad olunmasına görə təltif olunub. O, "Zəfər paradı”nda artilleriya silahları sistemlərinin kolonuna rəhbərlik edib.

Polkovnik Balağa Rzayevin oğlu, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəisi general-mayor Mübariz Rzayev Vətən Müharibəsindən sonra 5 medalla müfakatlandırılıb. O, 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilən 6 generaldan biri olub. Bundan başqa, Cəbrayıl, Zəngilan, Xocəvənd və Qubadlının azad olunmasına görə medalları ilə təltif edilib. Müharibə başlamadan iki ay öncə də "Vətən uğrunda” medalı alıb.

1-ci Ordu korpusunun komandiri, general-mayor Hikmət Həsənov "Qarabağ” ordeni ilə yanaşı Suqovuşan, Xocəvənd və Füzulinin azad edilməsinə görə medalları ilə mükafatlandırılıb.

Hikmət Mirzəyevin müavini, noyabrın 20-də general-mayor rütbəsi alan Kənan Seyidov da 4 medala layiq görülüb. K.Seyidov "Vətən Müharibəsi Qərhrəmanı” adı ilə birgə Şuşa, Füzuli və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib.

Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev "Zəfər” ordeni ilə mükafatlandırılıb. Bundan başqa Ağdam, Qubadlı və Cəbrayılın azad olunmasına görə təltif edilib.

Müdafiə Nazirliyinin Mühəndis istehkam xidmətinin rəisi olan general-mayor Anar Kərimov da "Zəfər” ordeni ilə yanaşı Xocəvənd, Füzuli və Cəbrayılın azad olunmasına görə medallarına layiq görülüb.

Dövlət Sərhəd Xidmətinin qalmaqallı general-leytenantı Əfqan Nağıyev Vətən Müharibəsində iştirakına görə 3 medalla mükafatlandırılıb. O, "Qarabağ” ordeni və Zəngilanla Cəbrayılın alınmasına görə medalları ilə təltif edilib.

Şuşa şəhərinin ilk komendantı, "Zəfər paradı”nda meydanda "Zəfər bayrağı”nı daşıyan general-mayor Zaur Məmmədov da 3 medalla təltif edilib. Dekabrın 7-də general-rütbəsi verilən, Xüsusi Təyinatlı Qüvvələrin komandanlarından biri olan Z.Məmmədov "Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Pənahəli xanın nəslindən olan Zaur Məmmədov Şuşanın və Füzulinin azad edilməsinə görə də mükafatlandırılıb.(qafqazinfo)

 
 
Paylaş: