Ən çox terrora məruz qalan ölkə açıqlandı
Dünyada 2019-cu ildə terrordan ən çox əziyyət çəkən ölkələrin adları açıqlanıb.
Mərkəzi Avstraliyadakı İqtisadiyyat və Sülh İnstitutunun 2020-ci il Qlobal Terrorizm İndeksinə görə, 2018-ci ildə olduğu kimi, 2019-cu ildə də Əfqanıstan ən çox terror törədilən ölkə olub. Terror nəticəsində dünya üzrə ölən 13 826 nəfərin 41 faizi – 5,725 nəfər Əfqanıstanda ölüb. 6221 nəfərin isə yaralanması da bu ölkənin payına düşür.
163 ölkənin adının yer aldığı indeksdə göstərilir ki, ən ölümcül 20 terror hadisəsindən 7-si Əfqanıstanda baş verib.
Çoxsaylı ölümlərin baş verdiyi bu terror hadisələrinin 5-ni dünyanın ən ölümcül terror təşkilatı kimi tanınan Taliban qruplaşması, 2-ni isə digər terror təşkilatlarının həyata keçirməsi qeyd olunub.
Hazırlanan indeksə görə, siyahıda 10 ölkə adı- Əfqanıstan, İraq, Nigeriya, Suriya, Somali, Yəmən, Pakistan, Hindistan, Konqo Demokratik Cümhuriyyəti və Filippin yer alıb.
Qeyd edək ki, bu indeksdə Türkiyə 18-ci, ABŞ-29-cu, İngiltərə isə 30-cu yerdə qərarlaşıb. Bundan əlavə, Avropa qitəsində ən çox terrora məruz qalan ölkə kimi Türkiyənin adı çəkilib.
Oxşar xəbərlər
Məşhur Suriyalı Aktivistin Cəsədi Əsəd Rejiminin İ...
Son Xeberler
Təbii fəlakətlər 10 ildə dünyaya 2 trilyon dollar...
Bugun.az
Düşmənin ehtiyat qüvvələrinin məhv edildiyi görünt...
Son Xeberler
Bakıda boğazında noxud qalan azyaşlı öldü
Xəbər Anı
29 il sonra Laçında: Valideynlərimə Laçın suyu apa...
Son Xeberler
Türkiyə Müdafiə Nazirliyindən Ağdam təbriki
Son Xeberler