Ərdoğan liderlərin toplantısında Qarabağdan danışdı
"Qarabağda işğala son qoyulmasına töhfə verdik. Eynilə, Suriyadan Liviyaya, Şərqi Aralıq dənizindən Dağlıq Qarabağa, İraqdan Fələstinə qədər fərqli cəbhələrdə apardığımız haqq, azadlıq və ədalət mübarizəsinin əhəmiyyəti aydın oldu".
Bu sözləri Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan G20 ölkələri liderlərinin virtual zirvə toplantısında deyib.
Dağlıq Qarabağdakı 30 illik işğalın sona çatmasına töhfə verildiyini bildirən Ərdoğan hər nə qədər çətin günlər yaşanılsa da, ümidsizliyin arxasında çox ümidlərin və qaranlığın arxasında günəşin olduğunu bildirib.
"İnanırıq ki, bütün bəşəriyyət olaraq ürəyimizi birləşdirdiyimiz zaman çətinliklərimiz yüngülləşəcək".
Torpaqların yalnız əcdadlardan qalan miras deyil, həm də uşaqlara miras olaraq qəbul edilməli olduğunu dilə gətirən Ərdoğan, yalnız bu günü deyil, sabahı da, uşaqları və gələcək nəsilləri də düşünməyin vacibliyini vurğulayıb.
Oxşar xəbərlər
Ərdoğan zalı tərk etdi
Xəbər Anı
Türkiyə humanitar siyasət yanaşmasını davam etdiri...
Bugun.az
Putinlə Ərdoğan telefonda danışdı
Son Xeberler
ŞOK İDDİA: Ərdoğan postunu təhvil verir -
Son Xeberler
Çavuşoğlu İngiltərə XİN rəhbəri ilə Qarabağdan dan...
Son Xeberler
Türk nazir Yeni il mesajında Qarabağdan danışdı
Son Xeberler