Ərdoğan və Ruhani qarşılıqlı əməkdaşlığı müzakirə ediblər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Həsən Ruhani ilə telefon danışığı aparıb.
Bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqədar İdarəsi bildirib.
Danışıq zamanı iqtisadiyyat, nəqliyyat, təhlükəsizlik və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişafına dair addımlar və regional hadisələr müzakirə olunub.
Söhbət əsnasında Ərdoğan Ankaranın Türkiyə-İran münasibətlərini möhkəmləndirmək niyyətini təsdiqləyib.
ABŞ-ın yeni rəhbərliyindən İrana qarşı tətbiq edilən sanksiyalardan imtina etmələrini istədiklərini deyən Türkiyə Prezidenti, son bir neçə gündə bu mövzuda edilən açıqlamaların yeni bir fürsət pəncərəsi açdığını qeyd edib. Bildirilib ki, Hərtərəfli Birgə Fəaliyyət Planının yenidən fəaliyyətə keçməsi nöqtəsində bütün tərəflərin görüşmələri ən doğru yoldur və bütün çətinliklərə baxmayaraq dialoq qapılarını açıq saxlamaq vacibdir.
Oxşar xəbərlər
Ərdoğan və Ruhani Qarabağı müzakirə edib
Son Xeberler
Ərdoğan və Ruhani arasında telefon danışığı olub
Son Xeberler
Ərdoğan və Putin Qarabağı müzakirə ediblər
Son Xeberler
Ərdoğan və Makron arasında telefon danışığı olub
Son Xeberler
Putinlə Ərdoğan telefonda danışdı
Son Xeberler
Ceyhun Bayramovun İrana səfəri başladı
Son Xeberler