
Erməni dilini öyrənmək istəyənlər üçün dərs vəsaiti buraxılıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi həm kurslarda tədris vəsaiti kimi istifadə olunması, həm də fərdi olaraq bu dili öyrənmək istəyənlər üçün Hatəm Cabbarlının müəllifliyi ilə “Erməni dili” müstəqil tədris üçün vəsait nəşr etdirib.
Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən məlumat verilib.
Erməni dilini sərbəst öyrənmək istəyənlər vəsaitdən yararlana bilərlər. Bu nəşrdə erməni dili beş hissə və 32 dərsdən ibarətdir. Dərs vəsaitində mövzulara uyğun olaraq 182 çalışma, 54 oxu mətni və onlara aid lüğət verilib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi mütəmadi şəkildə erməni dili kurslarının təşkilini davam etdirir. Kurs siyasi elmlər doktoru Hatəm Cabbarlı tərəfindən tədris olunur.
Oxşar xəbərlər

"Dərs vaxtı"nın 15 sentyabr cədvəli
Son Xeberler

Teledərslərin sabaha olan cədvəli
Son Xeberler

Teledərslərin oktyabrın 8-nə olan cədvəli
Son Xeberler

Teledərslərin sabaha olan cədvəli
Son Xeberler

Bakıda erməni dili kursunun təşkilinə başlanılır -...
Son Xeberler

Azərbaycanın bu bölgəsində tələbələrin müavinəti a...
Son Xeberler