05.01.2021 21:29
6
abunə
312
Erməni əsgər atası: "Soruşuruq - haradadır bizim övladımız?"

“Biz övladımızı öz torpağımızda axtarsaq da, tapa bilmirik”.

Bunu itkin düşmüş erməni əsgərlərindən birinin valideyni Qeqam Tadjosyan deyib.

Bu gün etiraz aksiyası keçirən itkin əsgərlərin yaxınları narazı qaldıqları hadisələrdən danışıblar.

Övladını Ermənistan ərazisində axtaran əsgər atası Tadjosyan jurnalistlərə faciəvi və gülməli duruma düşməsindən söz açıb. O bildirib ki, fotolardan birində yerdə huşsuz vəziyyətdə uzanmış əsgəri görüb. Həmin şəxs onun oğlu imiş. Amma indi övladını tibb müəssisələrində tapa bilmir.

Əsgər atasının sözlərinə görə, Gorusda çəkilmiş fotoda bütün əsgərlər koma vəziyyətində olublar və onlar İrəvana göndəriliblər:

“Mən öz oğlumu fotodan tanıyıram. Bir insanı valideyndən yaxşı kim tanıya bilər axı? İndi uşağım komadadır, onu görmək istəyirəm. Bəlkə əlindən tutsam, oğlum komadan çıxacaq. Yaxud da onun sağalması üçün elə bir jest edə bilərəm ki, tibb işçiləri onu bəlkə də bacarmırlar. Buna icazə verilmir. Müharibədən sonra uşağımızı öz torpağımızda axtarmağa başlamışıq, amma tapa bilmirik. İndi ölkənin bir nömrəli şəxsindən soruşurq - haradadır bizim övladımız?"

Daxil olun


x
This website is using cookies. More info. That's Fine