
Erməni ordusu onların ümidinə qalıb... - FOTOLAR

Azərbaycan Ordusu qarşısında döyüş meydanında duruş gətirə bilməyən və darmadağın olan Ermənistan silahlı qüvvələri qocaların ümidinə qalıb.
Sentyabrın 27-dən bəri Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı həyata keçirdiyi uğurlu döyüş əməliyyatları və dəqiq atəş zərbələri nəticəsində Ermənistan ordusunda xaos, kütləvi fərarilik və özbaşınalıq hökm sürür.
Könüllülər və düşmənin ordu bölmələrinin şəxsi heyəti arasında mübahisələr, bir-birinə qarşı silah tətbiq etmək, döyüşə girməkdən imtina, əmr olmadan mövqelərdən geri çəkilmə və kütləvi fərarilik baş alıb gedir. Bəzən könüllülərlə müqaviləli hərbi qulluqçular arasında baş verən mübahisə silahlı qarşıdurma ilə nəticələnir. Hərbi prokurorluq əməkdaşları döyüşə getməkdən imtina edən hərbçiləri həbslə hədələyərək onları istənilən döyüş tapşırığını yerinə yetirmələri barədə iltizam imzalamağa məcbur ediblər.
Artıq dağılmış ordu ahıl yaşlı kişilərin ümidinə qalıb və bu gün Ermənistan hakimiyyəti əlacsız qalaraq ölüm ayağında olan qocaları döyüş meydanına göndərməklə vaxt qazanmağa çalışır.
Oxşar xəbərlər

Erməni tərəfi Şuşanın azad edildiyini etiraf etdi!
Son Xeberler

Ermənistan mülki şəxsləri döyüşlərə cəlb edir -
Son Xeberler

Ordumuz Hadrutda ermənilərə icazə vermədi
Son Xeberler

Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb -
Son Xeberler

ABŞ-da ermənilər azərbaycanlıya hücum edib
Son Xeberler

Erməni polkovnik məhv edildi
Son Xeberler