13.10.2020 12:49
6
abunə
970
Erməni ordusunda daha bir biabırçılıq...

İşğalçı Ermənistan tərəfi daha bir rəzil açıqlaması ilə müzakirələrə səbəb olub.

Ermənistan silahlı qüvvələrindəki hərc-mərclik və nizamsızlıq nəticəsində orduda itkilərin hesablanmasında da uyğunsuzluqlar var. Belə ki, bu gün qondarma rejimin Müdafiə Nazirliyi Qarabağdakı döyüşlər zamanı ölən erməni əsgərlərin 12-13 oktyabr tarixli siyahısında on əsgərin adının səhv qeyd olunduğunu, onların sağ olduğunu açıqlayıb.

Qeyd edək ki, sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələrinin əks-hücumu nəticəsində Ermənistan ordusu xeyli itki versə də, rəsmi şəxslər ölüm sayını bilərək azaldır.

 

 

Daxil olun


x
This website is using cookies. More info. That's Fine