Ermənilər 26 günə 8 uşağı öldürüb, 32-sini yaralayıb
Baş prokuror Kamran Əliyev Tacikistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soli ilə görüşüb.
Baş Prokurorluğun Mətbuat xidmətindəna verilən məlumata görə, Baş Prokuror sentyabrın 27-dən başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya və raket qurğularından atəşə tutulması nəticəsində dinc mülki əhalimizə qarşı sülh və insanlıq əleyhinə cinayətlərin törədilməsini, o cümlədən 4, 11 və 17 oktyabr tarixlərində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin raket zərbələrinə məruz qalmasını qeyd etməklə xüsusilə vurğulayıb.
Ümumilikdə mülki əhalidən 63 nəfər həlak olub, onlardan 18-i qadın, 8-i uşaq olub, 293 nəfər yaralanıb, onlardan 69-u qadın, 32-i uşaq olub, 2072 yaşayış evinə, 90 çoxmərtəbəli binaya və 388 mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.
Rüstəm Soli ölkəsinin rəsmi mövqeyini bildirirək, Azərbaycanın ərazi bütövlüyünün Tacikistan dövləti tərəfindən tanındığını və Dağlıq Qarabağ ərazisinin ölkəmizin tərkib hissəsi olmasını təsdiqlədiklərini qeyd edib.
Oxşar xəbərlər
Ermənilər Baş Prokurorluğun əməkdaşını da yaralayı...
Son Xeberler
“10 aylıq uşağı öldürüb “azadlıq” deyə
Son Xeberler
SON DƏQİQƏ: Ermənilər Hadrutda təxribat törətdi -
Son Xeberler
9 yaşlı uşağı doğrayıb itə ATDILAR -VİDEO
Son Xeberler
RTX 5090: Gözlənilmədən Ucuz Ola Bilər!
Texnologiya xəbərləri
Ermənilər Cəbrayılda da qəbirləri dağıdıblar -
Son Xeberler