🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Ermənilər cəsədlərin barmaq və qulaqlarını ona görə kəsirdi ki... - QANDONDURAN FAKT

09.02.2021 13:12 3,587 baxış sayı 16 dəq. oxuma
Ermənilər cəsədlərin barmaq və qulaqlarını ona görə kəsirdi ki... -

O, Azərbaycanın ən yaxın dostlarından, acımızı acısı bilən sirdaşlarımızdandır. Litvanın hərbi jurnalisti, Birinci Qarabağ müharibəsinin ən qaranlıq üzünü dünyaya göstərən hərbi jurnalist Riçardas Lapaytislə həmsöhbət olacağıq.

Riçardas Lapaytisin müsahibəsini təqdim edir.

- Əziz Riçardas, işğaldan azad olunmuş doğma şəhərim Ağdamla, ümumiyyətlə, Birinci Qarabağ müharibəsilə bağlı ən çox xatirəsi olan dostlarımızdansınız. Sizi yaxından tanımaq istərdim.

 

- Ağdamlı olduğunuza çox sevindim. Şəhəriniz ən az sizin qədər mənə də çox doğmadır. Bəli, Birinci Qarabağ müharibəsində Ağdamın ən acı günlərinin şahidi olmuşam. Özüm haqda danışmaqsa mənim üçün həmişə çox çətindir. Amma cəhd edək... 1968-ci ildə Litvanının cənubunda doğulmuşam. Yəqin bilirsiniz, Litva bir çox ölkələrlə sərhəddə yerləşir. Amma məktəbdə oxuduğum müddətdə bizim üçün həyat SSRİ-dən ibarət idi. Yaşa dolduqca anladım ki, çıxışımız olmayan, görmədiyimiz çox böyük bir dünya var. O vaxtlar sərhədlər bağlı, səyahət imkanları məhdud idi. Elə bu məhdudiyyət məndə böyük maraq doğururdu. Daha çox şəhərdə olmaq, hər yeri görmək istəyirdim. Bir yandan da anlayırdım ki, mütləq sovet ordusunda xidmət etməliyəm. Mənim dövrümdə yaşayan sovet gənclərini çox vaxt “itmiş nəsil” adlandırırlar. Ən son sovet əsgərləri yaşıdlarım və mənəm. Kədərlisi də odur ki, dostlarım arasında Əfqanıstana hərbi xidmətə yollananlar çox oldu. Onların arasında sağlamlığını, hətta həyatını itirənlər vardı. Əsgərlikdə olduğum müddətdə anladım ki, dəmir divarlar arxasında yaşayırıq və bizim üçün gizli qalan dəhşətli faktlar çoxdur. Artıq əmin idim, bu “əsir” həyatı yaşamaq istəmirəm. Ən azı bütün sovet ittifaqını gəzib, ölkələrin mədəniyyəti, təbiəti, insanları ilə tanış olmağı arzulayırdım. İnanılmaz dərəcədə çox səyahət etməyə başladım. Çünki Cek Londonun macəra kitabları ilə böyümüşdüm. Sovet ittifaqı uşağı idim axı... Elə bilirdim Qərb yazıçıları da, onların qəhrəmanları da başqa dünyadandırlar. Mən də öz dünyamdan onların aləminə doğru körpü salmaq istəyirdim. İlk mərhələdə Sibir və Şimal qütbü ətrafındakı bir sıra şəhərləri gəzdim. Sürgündə olan insanların taleyi məni dəhşətə gətirdi. Şimal qütbündəki Norilsk şəhərində mənə dedilər ki, burada bəzi dəmir yolları sürgündə olmuş insanların sümüyündən salınıb. Dəhşətli fakt idi.

- Yaşadığınız dünyanın qəddarlığına addım-addım şahid olurdunuz…

- Doğrudur. Səyyahlar sıravi insanların gördüklərindən daha çox şeyə şahidlik edirlər. Beləcə 1 il Şimal qütbünü gəzdim. Politexnikum məzunu idim. Elə yollarda dərk etdim ki, mənim ali təhsilim səyahətlərimdir. Hətta velosipedlə İrəvana da getmişdim. Əslində bütün Qarabağı, Azərbaycanı gəzmək istəyirdim. Lakin həmin səfər müddətində ermənilər sərhədi keçməyimə icazə vermədilər, geri qayıtdım. 2 il sonra qərar verdim ki, mütləq Azərbaycanda olmalıyam. Bu ölkənin həm adı, həm də hakim dini, mədəniyyəti məni cəlb edirdi. Azərbaycandan digər Şərq ölkələrinə də keçəcəkdim. Bu məqamda haşiyədən çıxaraq bir faktı nəzərinizə çatdırmaq istəyirəm ki, Qarabağa yollananda jurnalist deyildim. Azərbaycana çatanadək başıma gözlənilməyən ağır hadisələr gəldi. Qatarda əşyalarımı itirdim. Çox böyük kədər içərisində Təzə Pir məscidinə daxil oldum. Artıq namaz vaxtı idi. Məscidin imamı dini inancımla maraqlandı. Katolik olduğumu biləndə xahiş etdi ki, məscidi tərk edim, çünki azan veriləcək. Hazırlaşıb çıxanda, iki gənc mənə yaxınlaşdı. Tanışlıqdan sonra biri mənə təklif etdi ki, onun evində qalım. Özü ordubadlı idi. Bakıda kirayə yaşayırdı. Şahin adlı bu oğlanın 17 yaşı vardı. Bir müddət onun mənzilində qonaq olub, səyahətimə davam edəcəkdim, ömrüm digər səyyahlar kimi davam edəcəkdi. Bəlkə də gəzdiyim, gördüyüm müxtəlif millətləri, mədəniyyətləri yazıya köçürəcəkdim.

- Amma…

- Amma bir hadisə həyatımı kökündən dəyişdi. Elə həmin gün Şahin mənə özü barədə danışdı. Qardaşı 20 Yanvar faciəsinin qurbanı olmuşdu. Bu ağrının Şahini göynətdiyini elə hiss edirdim ki… Həmin gecə qərar verdim. Şahinin yuxuya getməyini gözləyib, ona məktub yazdım. “Sənə və qardaşına xatir Qarabağa yollanacam”.

Evdən çıxıb, üzü vağzala yollandım. Fevral ayının sön günləri idi. Xocalı soyqırımı artıq baş vermişdi. Mən də qalın geyimlərimi Şahinin mənzilində qoymuşdum ki, özümlə artıq yük aparmayım. Həm də Bakı günəşli şəhərdir. Qarabağdakı iqlimdən xəbərsiz idim. Səhərə yaxın vağzalın kassasına yaxınlaşıb, Ağdama bilet istədim. İşçilər təəccüblə üzümə baxdılar ki, gənc əcnəbi niyə Qarabağa getmək istəyir. Dedilər ki, artıq qatarlar Ağdama getmir. Bərdə, yaxud Yevlax reysi ilə gedə bilərsiniz. Qatara mindim, çox az adam vardı. Hətta terror qorxusundan tısbağa sürəti ilə irəliləyirdik. Artıq növbəti gün də bitmək üzrə idi, hava da qaralmışdı. Son dayanacaqda hamı qatardan düşüb, gözdən itdi. Tanımadığım şəhərin mərkəzində tək-tənha qaldım.

- Neçə yaşınız vardı?

- 23

- Qorxdunuz?

- Bu, daha fərqli, daha çarəsiz duyğu idi. Həm zülmət, həm də çox soyuq, hara gedəcəyimi bilmirəm… 2 saat bilinməyən istiqamətdə irəliləyəndən sonra bədənimin yavaş-yavaş donduğunu hiss etdim. Təsadüfən bir pəncərədə işıq közərtisi gördüm. Yaxınlaşıb qapını döydüm. Yaşlı, yorğun kişi qapını açdı. Xahiş etdim ki, donuram, həm də çox yorulmuşam. Mənə qonaq evi, yaxud mehmanxana ünvanı verin. Dedi, bura qonaq evidir, keç içəri. Gözümdə ümid parladı, amma sevincim çox qısa çəkdi. İçəri girdim, bir küncə keçib sobanın yanına qısıldım. O vaxta qədər Xocalı haradır, soyqırımı niyə baş verib, ümumiyyətlə, Qarabağ haqda geniş məlumatım yox idi. Amma həmin gecə haqda indi də danışanda nəfəsim daralır. Sayını unutduğum cəsədlər, çarəsiz əliyalın insanlar, qocalar, körpələr məni dəhşətə gətirdi.

- Ağdam məscidinin önündəki fotoma belə bir şərh yazmışdınız: “Leyla, sən durduğun torpağın üzərində minlərlə günahsız körpənin, qocanın, qadının qanı var. Ümid edirəm, ruhları dinclik tapıb”.

- Ağdam məscidinin yanındakı cəsədlərin təsviri ölənədək gözümün önündən getməyəcək. Başları balta ilə dağıdılmış, bədənləri doğranmış, bu da azmış kimi güllələnmiş cansız bədənlər. Həmin məqamda düşündüm ki, bu vəhşilikləri görəndən sonra meyitxanada da çalışa bilərəm. 6 yaşlı qız uşağının balta ilə başı əzilmişdi, çiyinlərinin dərisi soyulmuşdu, hələ üstəlik böyrəkləri də dərinin arasından sallanırdı. Üzərinə benzin tökülmüşdü. Həmin Ağdam məscidinə hər gün bu vəziyyətdə yüzlərlə cəsəd gətirirdilər. Mən şok vəziyyətində idim. İlqar Cəfərov, Çingiz Mustafayev, Seyidağa Müslümov, Oleq Litvin kimi fotojurnalistlər mənə dəstək olmasaydılar, bəlkə də ağlımı itirərdim. Bəli, anlayırdım ki, mən jurnalist deyiləm. Amma adını çəkdiyim fotojurnalistlərin əhatəsindəydim, ən əsası isə əcnəbi idim. Dərk edirdim ki, bu xalqın başına gətirilən müsibəti dünyaya çatdırmağa məcburam. Erməni cinayətləri səbrimi tarıma çəkmişdi. Ağdam hospitalına gedib yaralılarla, tibb işçiləri ilə, meyitlərin doğmaları ilə ünsiyyətdə olmağa çalışırdım. Dinlədiyim hər şeyi, gördüyüm müsibətləri gündəliyimə yazırdım. Ağdamdakı hərbçilərin bəziləri Əfqanıstanda hərbi xidmətdə olduqlarını deyirdilər. Amma vahimə içərisində onu da bildirirdilər ki, Qarabağda baş verən dəhşətə heç Əfqanıstanda da rast gəlməmişdilər. İnsanlar blokadada qaldıqlarından, başlarına gətirilən müsibətlərdən danışırdılar. Məlum oldu ki, ermənilər əsirlikdə saxladıqları insanları, cəsədləri benzinlə, un və digər qida məhsulları ilə dəyişirmişlər, hətta pulla satırmışlar. Bu 20-ci əsrin ən dəhşətli, ən qorxulu bazarı idi. Axı hansı normal insan cəsəd qarşılığında pul tələb edər?!

Mən onların faciələrini dinlədikcə bir qənaətə gəlirdim - öldürülən insanlar üçün cəhənnəm artıq bitib. Şahidlər və əsirlərsə hələ də odda yanmağa davam edəcəklər. Əsirlikdən qurtulanların danışdıqları ruhumu zədələyirdi. Erməni işğalçıları Azərbaycan qadınlarını öz həyat yoldaşlarının və digər kişilərin gözü önündə zorlayırdılar. Hər gün, hər saat işgəncə verirdilər. Yüzlərlə cəsədin taleyi hələ də məlum deyil.

İnsan səbrini, sinirlərini tarıma çəkən faciələrdən danışırsınız. 23 yaşlı Riçardasın hansı cəhənnəmin içində qovrulduğunu təsəvvür edirəm.

- Ermənilər bir çox cəsədlərin barmaqlarını və qulaqlarını kəsmişdilər. Səbəbini soruşanda iki versiya deyirdilər. Birinci versiya o idi ki, insan öləndən sonra bədəni şişdiyi üçün zinət əşyalarını barmağından, qulağından çıxarmaq çətinlik yaradır. Eşitdiyim ikinci versiya daha dəhşətli idi. Bildiyiniz kimi ermənilər müharibəyə muzdlu qatillər gətirirdilər. Onlar da öldürdükləri insan sayına görə “qonorar” alırdılar. Odur ki, qurbanlarının barmaqlarını, qulaqlarını kəsib, sübut gətirirlər. Bu vəhşilikləri görüb eşitdikcə düşünürdüm ki, Ağdamdan Bakıya sağ geri dönə bilsəm, bir daha geri qayıtmayacam. Amma Ağdam məscidində bir hadisə baş verdi. Məscidə sığınmış, doğmaları vəhşicəsinə öldürülmüş çarəsiz qadınlar məni görən kimi yanıma qaçdılar. Yəqin məni əcnəbi jurnalist zənn etmişdilər. Dedilər, oğlum, bilmirik haradan gəlmisən. Sadəcə yalvarırıq, ölkənə gedən kimi gördüyün bu faciə haqqında heç olmasa 3 cümlə yaz. Bilirsən, o anaların əllərindən hər şeyləri alınmışdı. Sabaha ümidləri də qalmamışdı. Onlara söz verib, Bakıya döndüm. Şahinin mənzilinə gəldim. Dedim, bu dəfə də əşyalarımı sənin yanında qoyub gedirəm. Çünki yenə gələcəm. Əslində Azərbaycandan sonra Orta Asiya və Çinə səyahət edəcəkdim. Mənsə Litvaya qayıtdım. Amma ən çətin günlərimin hələ qarşıda məni gözlədiyindən xəbərsiz idim.

Paylaş: