                                        Son Xeberler
                                    
                                            9 abunə
                                        
                                Ermənilər “Euronews”un çəkiliş qrupunu raket atəşinə tutdu
                        
                            27.10.2020 05:24
                        
                            527 baxış sayı
                        
                            4 dəq. oxuma
                        
Azərbaycanın işğaldan azad edilmiş Talış və Suqovuşan kəndlərində peşəkar jurnalist fəaliyyətini həyata keçirən “Euronews” çəkiliş qrupunun və onların istifadə etdiyi nəqliyyat vasitəsinin Ermənistan silahlı qüvvələri tərəfindən kornet tipli tank əleyhinə raketlə atəşə tutulmasını kəskin şəkildə pisləyirik.
Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O bildirib ki, Ermənistanın bu hücumunu azad sözə və peşəkar jurnalistikaya təcavüz kimi qiymətləndiririk.
"Xoşbəxtlikdən raket hədəfdən yayınmışdır, çəkiliş qrupu xəsarət almamışdır. Nəqliyyat vasitəsinə qəlpələrlə zərər dəymişdir. Üzərində “Euronews”-un uzaq məsafədən seçilən fərqləndirici nişanı olan nəqliyyat vasitəsinə tank əleyhinə idarəolunan raket vasitəsilə hücum hədəfli və məqsədyönlü xarakter daşımışdır.
“Euronews”-un reportajında raketin hərəkətdə olan nəqliyyat vasitəsinin üzərindən yaxın məsafədən keçdiyi aydın şəkildə görünür ( https://vimeo.com/472347741 ).
Bundan əvvəl Azərbaycan media nümayəndələri də Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmuş, jurnalistlər arasında yaralananlar olmuş, çəkiliş qruplarının nəqliyyat vasitələrinə zərər dəymişdir.
Azərbaycan tərəfdən hərbi əməliyyatlar barədə reportajlar hazırlayan beynəlxalq media nümayəndələri öz ölkələrinə qayıtdıqda belə erməni lobbi dairələrinin verbal və fiziki hücumları, şantajları və təhdidləri ilə üzləşirlər. Bəzi hallarda erməni lobbisinin təzyiqləri altında peşəkar fəaliyyətini həyata keçirən jurnalistlər işlərini itirməli olurlar. Fransanın TF1 televiziya kanalına və onun Azərbaycandan reportaj hazırlamış çəkiliş qrupuna Fransa erməni lobbisi tərəfindən olan hücumlar bunun bariz nümunəsidir.
Hal-hazırda Azərbaycanda 70-dən artıq beynəlxalq media nümayəndəsi fəaliyyət göstərir. Cəbhədəki əməliyyat şəraitinə uyğun olaraq onların cəbhədən reportajlar hazırlamasına və öz peşəkar fəaliyyətini həyata keçirməsinə imkan yaradılır", - deyə H.Hacıyev qeyd edib.

                                        S
                                    
                                Beynəlxalq münasibətlər analitiki
                                    
                                                                            Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Ermənilər Tərtərin Ələsgərli kəndini raket atəşinə...
Son Xeberler
                                        
                                            552
                                        
                                            30/10 16:47
                                        
Ermənilər Şəmkiri “Toçka-U” ilə atəşə tutdu -
Son Xeberler
                                        
                                            912
                                        
                                            02/10 10:23
                                        
Ermənilər Tərtəri “Smerç”lə atəşə tutdu
Son Xeberler
                                        
                                            680
                                        
                                            28/10 07:24
                                        
Ermənilər bu dəfə Qəbələ, Siyəzən və Kürdəmiri rak...
Son Xeberler
                                        
                                            998
                                        
                                            22/10 06:21
                                        
“Euronews” bu dəfə Suqovuşanı göstərdi -
Son Xeberler
                                        
                                            514
                                        
                                            03/12 18:42
                                        
Ermənilər cəbhə bölgəsində çəkiliş aparan jurnalis...
Son Xeberler
                                        
                                            626
                                        
                                            02/10 10:24