🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Ermənilər həqiqəti yazanları ölümlə hədələyir

02.11.2020 13:14 390 baxış sayı 5 dəq. oxuma
Ermənilər həqiqəti yazanları ölümlə hədələyir

Ermənilər bütün dünyada Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqətləri verən, balanslı mövqe nümayiş etdirən jurnalistləri, siyasətçiləri, ictimai fəalları hədəfə götürür. 

0nlar hətta neytral qalan şəxsləri də təhdid və təhqir etməkdən çəkinmirlər. Həmin şəxsləri ölümlə hədələmək həddində qəzəb nümayiş etdirən erməni lobbisinin bu hərəkətləri Avropa ölkələrində baş verir. 

Fransanın “TF-1” kanalına, bu günlərdə “The New York Times” qəzetinin əməkdaşına qarşı edilən təzyiq və təhdidlər göz önündədir. Göründüyü kimi, Avropanın istənilən ölkəsinin media orqanları tərəfindən Azərbaycan, Dağlıq Qarabağ həqiqətləri ilə bağlı hazırlanmış obyektiv, qərəzsiz süjetlər, reportajlar erməni lobbisi tərəfindən təhdidlə qarşılanır. 

Ermənilərin bu günlərdə  ABŞ-ın “The New York Times” qəzetinin redaksiyasının qarşısında keçirdiyi etiraz aksiyasına da səbəb “NY Times”ın İstanbuldakı müxbiri Karlotta Qallın reportajlarıdır.

Məqalədə ermənilərin Azərbaycanın dinc əhalisini raketlə atəşə tutması nəticəsində onlarca insanın həlak olması və yaralanması, ev və obyektlərin zədələnməsindən bəhs edilir.  

Həmçinin, Prezidentin köməkçisi Hikmət Hacıyevin fikirlərindən də məqalədə sitat gətirilib. Həmin sitatda  bildirilir ki, danışıqlar prosesini başa vuran əsas məsələ Ermənistanın Baş Naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” sözləri olub.

Bundan sonra erməni etirazçılar erməni bayraqları və “Qarabağ münaqişəsinin düzgün işıqlandırılması” tələbi ilə redaksiyanın binasının önünə gələrək aksiya keçiriblər. 

Xatırladaq ki, Fransanın  “TF-1” kanalında yayımlanan reportajın müəllifi də eyni təzyiqlə qarşılamışdı. Belə ki, telekanalın əməkdaşı xanım Liseron Budul Dağlıq Qarabağ münaqişəsindəki hazırkı durumu peşəkarlıqla diqqətə çatdırıb, özü şəxsən hərbi əməliyyatların getdiyi ərazidə, Ermənistanın Azərbaycanın mülki əhalisini kütləvi qırğın silahları ilə atəşə tutduğu Gəncə, Tərtər və digər bölgələrində olub. Onun hazırladığı material çalışdığı telekanalda yayımlanıb.

"TF1” telekanalı bu reportajı yayımladıqdan sonra Fransadakı erməni lobbisinin üzvləri media orqanına və xanım Liseron Budula qarşı təzyiqlərə başlayıb. Onların açıq təhqirləri, ölüm hədə-qorxularından sonra telekanal sözügedən materialı sistemindən silib.

Qeyd edək ki, bu kimi təzyiqlər ümumilikdə Avropada və Amerikada qanunvericiliyə təhdid hesab olunur. Erməni lobbisinin təhdidləri söz və ifadə azadlığı kimi ali dəyərləri heçə sayır. 

Dünyanın aparıcı media qurumları, insan hüquqları birlikləri və beynəlxalq təşkilatları bu təhdidlərə və mənəvi təzyiqlərə biganə qalmamalıdır.

 

 
Paylaş: