Ermənilər yandırdıqları bu kənddə yaşayacaqlar - FOTOLAR
Ermənilərin Kəlbəcər ərazisində yaratdığı “Şaumyan rayonu”nun Çarektar kəndi ilə bağlı kuryoz olay baş verib.
Ermənilər bu kəndlərin də əldən çıxacağını zənn edərək evlərini yandırıb oranı tərk ediblər. Lakin Çarektar kəndinin rəhbəri Kamo Tsakanyan deyib ki, sözügedən kənd və Aknaberd ermənilərin nəzarətində qalacaq.
Kənd sakinləri bundan son anda xəbər tutublar. “Çarektar kəndinin sakinləri evləri yandıraraq buradan çıxıblar. Onların geri qayidacağı, yoxsa burada hərbi bazanın yerləşdiriləcəyi hələlik bəlli deyil”, - deyə Tsakanyan əlavə edib.
Çarakter kəndi Sovet dövründə Ağdərə rayonunun tərkibində olub. 1992-ci ildə Ağdərə rayonu ləğv edildikdən sonra bu kənd Kəlbəcərin (ermənilər Kəlbəcəri işğal etdikdən sonra ayrıca “Şaumyan rayonu” da yaradıblar) tərkibinə verilib. Bu baxımdan, ermənilər düşünüb ki, Kələbəcər Azərbaycana qaytarılırsa, deməli, Çarkadar da əldən çıxır.
Bir gün sonra bəlli olub ki, yaşayış məskənlərinin təhvil verilməsi prosesi SSRİ-nin inzibati-ərazi bölgüsünə əsasən aparılır. Ona görə də Çarkatarın adı Azərbaycana təhvil veriləcək yaşayış məskənkərinin siyahısında olmayıb. (Yenisabah)
Oxşar xəbərlər
Gürcüstanda azərbaycanlılar yaşayan kənddə sərt ka...
Son Xeberler
SON DƏQİQƏ! Əsgərlərimiz erməni kəndində -
Son Xeberler
Bu 3 kənddə giriş-çıxış TAM BAĞLANA BİLƏR-
Son Xeberler
“Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımız...
Son Xeberler
Laçını tərk edən ermənilər vandal hərəkətlərindən...
Son Xeberler
“Ermənistan müstəqil ola bilmədi, müstəmləkədir”
Son Xeberler