🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
7 abunə
Son Xeberler
Son Xeberler
6 abunə
Anar Türkeş
Anar Türkeş
5 abunə
Fly.az
Fly.az
4 abunə

Ermənilərin atdığı mərmi Beyləqan ərazisinə düşüb

03.10.2020 19:42 568 baxış sayı 2 dəq. oxuma
Ermənilərin atdığı mərmi Beyləqan ərazisinə düşüb

Beyləqanda 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasının yaxınlığına mərmi düşüb

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatında qeyd olunur.

“Azərbaycan Ordusunun zərbələri qarşısında tab gətirməyən erməni silahlı birləşmələri beynəlxalq hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycanın şəhər və kəndlərini, dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

Düşmənin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində 03.10.2020-ci il tarixdə saat 20.00 radələrində artilleriya mərmiləri təmas xəttindən xeyli aralıda yerləşən Beyləqan şəhərinin SMD-42 qəsəbəsindəki Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasının yaxınlığına düşüb. Mərmi qəlpələrindən inzibati binaya zərər dəyib. Xoşbəxtlikdən binada növbədə olan əməkdaşlar xəsarət almayıb”, - məlumatda qeyd edilir.

Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirləri həyata keçirilir.

Paylaş: