Ermənilərlə dost olmalıyıq? - Partiya sədrindən ŞOK AÇIQLAMA - VİDEO
“Ağıllı olmalıyıq, emosianallıq siyasətdə çox böyük günahdır. Sən filan vaxtı məni qırıbsan, keçdi onlar. Unutmalıyıq, heç yada da salmamalıyıq ki, belə bir şey olub”.
Bu sözləri LAF TV-nin efirində Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.
A.Səmədov bildirib ki, biz ermənini düşmən kimi qəbul edib, özümüzə də düşmən eləsək, ermənini bəxtəvər edib, onun üçün işləmiş olarıq.
Aparıcı Afət Telmanqızının “Abutalıb müəllim, çətin məsələdir, heç kim unutmayacaq. Xocalıda baş verənləri və bütün faciələri heç kim unuda bilməz” fikirlərinə partiya sədri belə cavab verib: “Özümüzü elə göstərməliyik ki, guya unutmuşuq. Çünki maraqlarımız bunu tələb edir. Azərbaycanın maraqları tələb edir ki, biz rusun düşmən olduğunu bilə-bilə də hərdən dost olduğunu deməliyik. Hərdən görəndə ki, o, bizə düşmənçilik edir, deməyək ki, sən düşmənsən. Ona düz eləmirsən deyə cavab verək”.
Xatırladaq ki, Abutalıb Səmədovun bir neçə gün öncə “Rusiya olmasaydı, biz bu müharibədə qələbə qazana bilməzdik” açıqlaması cəmiyyətdə birmənalı qarşılanmamışdı. Bu açıqlamasına görə onu tənqid edənlərin sayı yetəri qədər olmuşdu.
Oxşar xəbərlər
Prezidentdən Qarabağdakı ermənilərlə bağlı VACİB A...
Son Xeberler
Üç Millət Vəkilindən Partiya Sədaqəti Bəyanatı
Son Xeberler
Moskvadakı davaya görə 4 azərbaycanlı həbs edildi
Son Xeberler
Sabah bu mərkəzlər işləməyəcək -
Son Xeberler
Donald Tramp rəsmən ABŞ prezidentliyinə namizəd ol...
Son Xeberler
DOST mərkəzləri xüsusi rejimdə işləyəcək
Son Xeberler