“Ermənistan kasetli bombalardan atəş açır, bu dözülməzdir”
Ali Baş Komandan, Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan Respublikasının Ermənistan ərazisində heç bir hərbi hədəfləri yoxdur. Azərbaycan Ordusu Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ölkəmizin ərazi bütövlüyünü bərpa edir.
Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib: "Ermənistan ərazisindən və işğal olunmuş ərazilərdən beynəlxalq insan hüquqları müdafiəsi təşkilatları tərəfindən bəyan edildiyi kimi ballistik, qadağan edilmiş kasetli reaktiv raketlər və ağır artilleriya ilə Azərbaycanın Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Goranboy, Ağdam, Ağcabədi, Naftalan, Daşkəsən Qəbələ, Kürdəmir, Siyəzən, Xızı və digər şəhər və rayonlarının dinc sakinləri və mülki obyektlər bombardman edilmişdir. Bu raket hücumları nəticəsində sıralarında 11 azyaşlı uşaq, 27 qadın olmaqla, 91 nəfər mülki insan həlak olmuş, 400-dən artıq mülki şəxs yaralanmışdır.
Eyni zamanda, Ermənistan ərazisindən ağır artilleriya, ballistik və reaktiv raketlər, kasetli bombalar və digər atıcı silahlardan istifadə edərək Azərbaycan Ordusunun mövqelərinə davamlı olaraq atəşlər açılır. Bu dözülməzdir".
Oxşar xəbərlər
“Ermənistan kasetli bombalardan istifadə edir” -
Son Xeberler
“Ermənistan qadağan edilmiş bombalardan istifadə e...
Son Xeberler
“Amnesty International” Bərdəyə kasetli bomba atıl...
Son Xeberler
Bərdəyə kasetli raketlər atılıb, yaralıların sayı...
Son Xeberler
“Goranboy rayonu ərazisində kasetli mərmi aşkarla...
Son Xeberler
Dusmen tecavuzu neticesinde Azerbaycanin verdiyi i...
Son Xeberler