Ermənistan parlamentindəki fotosu ilə tanınmışdı, meyiti tapıldı

14.11.2020 11:22 467 baxış sayı 1 dəq. oxuma
Ermənistan parlamentindəki fotosu ilə tanınmışdı, meyiti tapıldı

Ötən gün İrəvanda Hrazdan körpüsünün altından tarixi bəyanatın açıqlamasından sonra parlamentə hücum edən nümayişçilərdən birinin cəsədi tapılıb. 

Bu barədə Ermənistan KİV məlumat yayıb. Bildirilib ki, mərhumun yaxınları bunu hakimiyyət oqranlarının qisası kimi qiymətləndirir.  

Qeyd edək ki, Raik adlı şəxs etirazların ilk günü Ermənistan Parlamentinə daxil olan şəxslərdən biri olub.  Onun spikerin kreslosunda əyləşərək siqaret çəkdiyi anın fotosu sosial şəbəkələrdə geniş yayılmışdı. 

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: